Düşmənin Fərrux həyasızlığı və ABŞ-ın rus buyruq qulu kimi bəyanat verməkliyi

25 mart saat 17:00- a olan erməni mənbələrinin yaydığı məlumatlar…


«LURER» (XƏBƏRLƏR) Erməni saytının məlumatına görə dünən ermənilərin səs-küyünə rus sülhməramlıları qoşulsa da, Azərbaycanlılarla danışıqlar öz bəhrəsini vermədi və onlar erməni kəndlərinə doğru hərəkəti davam etdirdilər.
Hücuma pilotsuz aparatlar, hətta «BAYRAKTAR»lar da qoşuldu.


Məhz onların atəşi nəticəsində 2 nəfər müqaviləli erməni əsgəri öldürüldü və 5 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
Beləliklə, erməni qüvvələri Fərrux kəndini və ətrafda olan bütün vacib mövqeləri tərk etməli oldular.


Azərbaycanlıların növbəti hədəfi QIRMIZI BAZAR kəndidir. Məlumatda Azərbaycan tərəfdən də itkilərin olduğu deyilir.


Erməni Müdafiə Nazirinin Rusiya MN-i S. Şoyquya və müxtəlif xarici təşkilatlara şikayət etmələrinə baxmayaraq, Qarabağda vəziyyət gərgin olaraq qalmaqdadır.


Erməni mətbuatı tərəfindən yayılan bu günkü VİDEO erməniləri şoka salıb. ( Qısa VİDEO )


Videoda göstərilir ki, Azərbaycan silahlı qüvvələri Fərruxdan Daşbaşına (Karağluxa) yol çəkirlər. Rus sülhməramlıları isə sadəcə kənardan müşahidə edirlər.


Erməni deputatları Daşbaşı (Karaqlux) kəndini Qarabağın ikinci Şuşası adlandırırlar. Adını erməni Kleopatrası qoyduğum Naira Zohrabyan isə bütün ermənilərə müraciət edərək bildirib ki, «Karaqlux»un itirilməsi Qarabağa qalan azdan-çoxdan ümidimizin itirilməsi deməkdir.


Azərbaycan Ordusu isə Qarabağın dərinliklərinə doğru irəliləməkdə davam edir.

ALLAH YOLLARINI AÇIQ ELƏSİN!!!


Ermənistan Müdafiə nazirliyinin bu gün saat 19:00 — olan məlumatına görə erməni tərəfinin 2 əsgəri ölüb, 14 əsgəri yaralanıb. Onlardan 2-si həddən artıq ağır (ölümcül) , 1-i ağır, 1-i orta ağır və 10 nəfəri isə ölüm təhlükəsi olmayan dərəcədə yaralılardır.
Qeyd olunur ki, onlar əsasən «Bayraktar» tərəfindən vurulublar.


P.S. Simonyanın erməni ruhlu rus dilli “Sputnik Armeni” Agentliyi xəbər verir ki, bu gün günorta saatlarından sonra Xocalı rayonunun Fərrux və Pirlər kəndləri, habelə Daşbaşı (Qaraqlux) yüksəkliyi yaxınlığında 14 erməni terrorçu yaralanıb.


Həmin məlumata görə, yaralı terrorçulardan ikisinin vəziyyəti ölümcüldür. Digər ikisinin isə vəziyyəti ağır hesab edilir. Qalan 10 terrorçu isə yüngül yaralanıb.


Bundan başqa, sözügedən ərazidə 4 erməni terrorçunun meyidi aşkarlanıb. Dünən axşam isə daha 5 erməni terrorçusunun yaralandığı məlum olub.


Erməni tərəfi iddia edir ki, guya, hadisənin səbəbkarı Azərbaycan Ordusudur. Lakin Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, mart ayının 24-dən etibarən Azərbaycan Ordusu Qarabağın şərq hissəsində mövqelərin və dislokasiya yerlərinin dəyişdirilməsi prosesinə start verib. Bu zaman hər hansı insident qeydə alınmayıb və Ordumuz silah tətbiq etməyib. Prosesin dinc məcrada getdiyi vurğulanır.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin drektoru

P.S. Redaksiyadan: Alınan məlumatlara görə erməni separatçıları daxildə silahlanmağa başlayıblar. Bunu «Vargonzo» adl ermənipərəst internet televiziyası da təsdiq edir: “Qarabağda müharibə qaçılmazdır. Bütün erməni qüvvələri Qarabağa toplanır.”

“Qarabağda qondarma rejimin Müdafiə Ordusunda bir nömrəli həyəcan təbili çalınıb, könüllülər artıq orduya toplanır. Yaxın günlərdə yeni müharibə başlana bilər. Ermənistandan da könüllülər Qarabağa gəlir. Artıq Qarabağda 18 yaşından 55 yaşına qədər hər kəsə silah paylanır” -deyə internet televiziyasının xəbərində deyilir. İnternetdə Xocalı rayonunda buna dair kadrlar da yayılıb. Alınan məlumata görə prosesə müdaxilə etmək istəyən «sülhməramlı» adlanan rus hərbçiləri ilə qarşıdurma silahlı qarşıdurmaya çevrilib və hər iki tərəfdən itkilər var. Bu faktı Rusiyanın erməni ruhlu saytları ictimaiyyətə bu cür təqdim etməyə çalışır və reallığı Kreml bilir.

Hətta ermənilər məsələni şişirdərək Rusiyanın Azərbaycanda dostu, Ukraynada düşməni Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Jalina Porteri də bu işə qoşa biliblər. O, deyib: «ABŞ Azərbaycan qoşunlarının Dağlıq Qarabağda hərəkətindən ciddi narahatlığını bildirir, bu və digər eskalasiya tədbirlərini məsuliyyətsiz və təxribat xarakterli hesab edir».

Bunu cümə günü jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Jalina Porter deyib.

“ABŞ Azərbaycan qoşunlarının hərəkətindən dərin narahatdır. Qoşunların yerdəyişməsi və digər eskalasiya tədbirləri məsuliyyətsizlikdir və lazımsız təxribat yaradır”. Məlumatı erməni saytı News.am yayıb.

Ən azı Azərbaycan XİN bu heç bir siyasi əndazəyə sığmayan siyasi bəyanata öz münasibətini bildirməlidir. Avropanın müxtəlif ölkələrinə 13 mindən artıq əsgər tökən ABŞ-ın belə bir səlahiyyəti yoxdur.

Bu xəbəri paylaşın: