«Martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub. Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurub. “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Furux (Fərux-A.) yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib».
Bunu martın 26-da Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında dərc etdiyi bülletenində yer alıb.
Məlumatda həmçinin deyilir: «Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib.»
Rusiya Müdafiə Nazirliyi Rusiya «erməniməramlı kontingentinin» Qarabağla bağlı tut arağı iyi verən sərxoş bəyanatı onların ölkəmizdən qovulması üçün yetərli bir sənəddir.
