Azərbaycanın birinci prezidenti olmuş Ayaz Mütəllibov vəfat edib.
Aldığımız məlumata görə, Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olmuşdur. 1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qorbaçova qarşı baş verən Avqust qiyamını dəstəkləyən az sayda respublika rəhbərlərindən biri də Ayaz Mütəllibov idi. Lakin 2016-cı ildə verdiyi müsahibədə Mütəllibov bunu inkar edərək çevrilişi dəstəkləmədiyini deyib.
1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilmişdir. 1992-ci il martın 6-da istefa verib.
Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif cəbhədə duran «Xalq Cəbhəsi»nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıtmışdı.
Allah rəhmət eləsin!
