«Krasnodartsax» Federasiyası Müdafiə Nazirliyi, Arayik Arutunyan respublikası, Marqaritanın Azərbaycan, rus və erməni dilli mətbuatında guya ordu birliyimizin mövqeləri tərk etməsi barədə informasiyalar yayınlanıb.
«Krasnodartsax» Federasiyası Müdafiə Nazirliyinin «erməniməramlı» əyyaşlarına istinadən yazıb ki, danışıqlardan sonra Azərbaycan ordusu Fərrux yaşayış məntəqəsindən geri çəkilib.
Ermənilərə məxsus Telegram kanalları isə yazır ki, Fərrux kəndi Azərbaycan üçün maraqlı deyil. Məqsədləri Daşbaşı (Qarağlux) zirvəsidir (Fərrux dağının bir tərəfi) və ordan çıxmayıblar.
Dağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olması ilə bağlı bütün məlumatlar saxtadır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatı özünü ləngitmədi. Rus və ermənilərin başlatdığı psixoloji-informasiya həmləsinə dərhal cavab verildi.
Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.
Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.
Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.
Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda “Furux” adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir.
Araşdırmalar zamanı erməni sigmentlərində, saytlarında 24 martda verilən məlumat bu cür verilir: «Əsgəran rayonunun Fərrux icmasının rəhbəri Vardan Mikayelyan Factor.am-a bildirib ki, Rusiya sülhməramlıları hazırda kəndə daxil olan Azərbaycan hərbçiləri ilə danışıqlar aparılır.
“Orada nə baş verdiyini anlamaq üçün kəndə yaxınlaşa bilmirik, kənddən 3-4 kilometr aralıdayıq. Onlar yalnız kəndi tutdular, atəş açılmadı, hamı təxliyə edildi”, — deyə Mikaelyan bildirib.
O, azərbaycanlıların irəli gedib-gəlmədiyini bilmədiyini deyib». Müxtəlif saytlarda eyni məlumatlar verilib. 25 mart 2022-ci ildə isə verilən məlumatlarda döyüş haqqında, yaralılar və ölənlər haqqında məlumatlar yayılır. Azərbaycan tərəfi döyüş faktını və itkilərin olmasını təkzib edir. Deməli, bu qarşıdurma, ya qanunsuz hərbi birləşmələr arasında baş vermiş bir insidentdir. Ya da bu insident fakta canfəşanlıq edən Rusiya Federasiyası MN «erməniməramlıları» ilə qarşıdurma zamanı baş verib. Baş verən bu hadisədən Azərbaycan əleyhinə istifadə etməyə birgə qərar vermələri görünməkdədir. Türkiyəli müşahidəçilərdən bu fakta aydınlıq gətirmələrini xahiş edirik. Çünki belə bir faktla 1990-cı ildə şəxsən rastlaşmışam.
Aldığımız məlumatlara görə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında narazılıq artıb.
Trend-in verdiyi xəbərə görə, şəxsi heyət çatışmadığından günlərlə postlarda növbə çəkən yerli könüllülər ailələrini uzun müddət görmədikləri üçün etiraz edirlər. Xankəndidəki mənbələrdən verilən məlumata görə bu narazılığın qarşısını almaq və xəstələrin yerini doldurmaq məqsədilə separatçı rejim yeniyetmə və yaşlılara hərbi forma geyindirərək onları postlarda durmağa məcbur edir.
Bu göstərişə tabe olmaq istəməyənlər təqiblərə və təhqirlərə məruz qalır. Mənbənin dediyinə görə Əsgəran istiqamətində postlarda və qeyri-qanuni erməni silahlı dəstələrin sığınacaqlarındakı acınacaqlı şərait səbəbindən xəstələnənlərin də sayı artıb.
Bu fakta aid video görüntülər Xocalıda qeyri — qanuni məskunlaşmış erməni əhalisi nə silah paylandığını sübut edir:
Çox güman ki, erməni separatçıları erməni diasporundan ciddi təlimat alıblar. Batan imperiya gəmisini birinci ermənilər, sonra da siçovullar tərk edəcəyi gözləniləndir. ABŞ-ın separatçı mina basdıranlara mina əleyhinə pul ayırması heç də təsadüf deyil. Rusiya bütün cinahlarda qazdığı quyulara düşməkdədir. RF Müdafiə Nazirliyinin separatçılarla həmrəy və həmrəng bəyanatı, arxasınca Lavrov -Kalantarovun ekzotik bəyanatı, Simonyan Marqonun yaydığı informasiyalar bir hay həyasızlığından qeyri bir şey deyil. Ərazimizə soxulan qanunsuz «erməniməramlıların» əsaslanacağı bəyanatda azərbaycanlılara aid bir hərf belə icra olunmayıb. Mən Ağdərə sakiniyəm. Həmin bəyanatın 7-ci bəndində deyilir: «Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar». Saxta statistika ilə əraziyə 52 min erməni qaytardığını bəyan edən Rusiya, 52 azərbaycanlını öz kəndlərinə qaytarıbmı? Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına təcili müraciətlər edilməlidir. Qarabağa göndərilmiş üzdəniraqlar, pedofillər, əyyaşlar və başı pozuq «razgeldyaylar» ordusu ölkəmizdə yenidən (S)arsax müdafiə ordusu qurmağa çalışır. Bunu görürük və bilirik. O torpaqlar, nə erməni, nə də rus quldurlarına məzar yeri də verməyəcək. Bunu bir dəfəlik anlamalıdırlar.

Yaxud da Bəyanatın 4-cü bəndində əlavə şərhə ehtiyac olmadan deyilir: «Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir». Qanunsuz quldur birləşmələrini çıxarmaq əvəzinə ciddi əməkdaşlığa gediblər. Bu qanunsuz birləşmələrin əmək haqlarını, ərzaqlarını və silah təminatını Andrey Volkov adlı bir dələduzun başçılıq etdiyi «erməniməramlılar» və onların ağası Şoyqu ödəyir. Çünki bu Rusiyanın bir layihəsi idi və bu gün onu yenidən dirçəltməyə çalışır.
Qarabağın rusların nəzarətində olan ərazilərə köç üçün 117 min nəfər öz saatını gözləyir. V. Putin bunu bilməlidir və imzaladığı sənədə, imzasına hörmətlə yanaşmalıdır. Ola bilsin ki, Şoyqu və onun sərxoş generallarının bəyanatı oxumağa vaxtları yoxdur. Çünki başları Ukraynada fəaliyyətini dayandırmış tank zavodu üçün «metallom» yığmağa qarışıb.
P.S. Parux, yox bir Pındık. Gedin «F» hərfini deməyi öyrənin, ya da köçüb Krasnodartsaxa rədd olun!
Mövzuya qayıdacağıq…
Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri




