Bizim jurnalistlər də Ukrayna prezidentinin Böyük Britaniyanın baş naziri Boris Consonla görüşü zamanı əynində olan geyiminin neçəyə başa gəldiyini araşdırıblar.
Məlum olub ki, Zelenskinin bütün geyimi cəmi 120 dollar qiymətindədir. Amma bu 120 dollarlıq geyimlə imperiyaya qarşı vuruşan Zelenskinin fonunda bir yazan olmadı ki, bizdə təkcə saatı 2 milyon dollar olan bircə məmur oğlunu tutub cəbhəyə göndərə bilmədilər.
Adamın 120 dollarlıq paltar geyinməsi və ya çılpaq gəzməsi deyil, düşmənə qarşı apardığı mübarizə önəmlidir. Hərdən bu barədə də yazın…
Elnur Səlim

Bu xəbəri paylaşın:
