«Azərsu” ASC-nin əməkdaşı Fəxri fərmanla təltif olunub

«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi 44 günlük Vətən müharibəsidə cəbhə bölgəsində əsgərlərimizin yanında olaraq, onlara öz maddi və mənəvi dəstəklərini göstəriblər.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına daim yüksək diqqət və qayğıyla yanaşırlar. Vətən müharibəsində tarix yazan qəhrəman şəhidıərimizin adını daşıyan bulaqların inşa edilməsində «Azərsu» ASC -nin rəhbərliyi və əməkdaşları yaxindan iştirak edirlər.

Şəhid ailələrinə, müharibə veteranlarına gösdərdiyi xüsusi diqqət və qayğını nəzərə alaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən Binəqədi rayon Sukanal İdarəsinin rəis müavini Emil Yunis oğlu Cabbarlı Fəxri fərmanla təltif olunub.

Fəxri fərmanı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov təqdim edib.

E. Səlim

Bu xəbəri paylaşın: