Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında 12 aprel tarixli məlumat bülletenində Azərbaycan Müdafiə Nazirliyinin iradına baxmayaraq, hələ də bülletenində Dağlıq Qarabağ hərbi birləşmələrinin hərbçiləri və Furux ifadəsini işlədib.
«Ötən sutka ərzində Azərbaycan Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən Furux qəsəbəsi ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması qeydə alınıb, nəticədə Dağlıq Qarabağ silahlı birləşmələrinin 1 hərbi qulluqçusu yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb», — deyə Nazirlik bildirib. Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, Rusiyanın Ağdərə, Xocavənd, Xocalı rayonları və Laçın dəhlizində dörd marşrut patrulu həyata keçirib.
Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini davam etdirir. Gün ərzində 0,5 hektar ərazi təmizlənib.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2364,8 hektar ərazi, 689,5 km yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26260 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Nazirlik bildirir ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.
Azərbaycan Müdafiə Nazirliyi martın 26-sı və 27-si yaydığı məlumatda Rusiya Müdafiə Nazirliyinə «Dağlıq Qarabağ hərbi birləşmələrinin hərbçiləri» və «Furux» ifadəsini işlətməməyi bildirib.
Fehruz Rza
mənbə: www.anews.az
