Qarabağa səfərə gələn erməni deputatlar Azərbaycan sərhədindən geri qaytarıldı

Bu gün Qarabağa səfər etmək istəyən “Hayastan” (Ermənistan — Red) blokunun deputatları hazırda Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Belə ki, rusiyalı sülhməramlılar “Hayastan” blokununun deputatlarını daşıyan avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb.

Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və müvafiq  tapşırıq alan rusiyalı sülhməramlılar erməni deputatları Qarabağ ərazisinə daxil olmasını qadağan edib.

Revanşist erməni deputatlar Qarabağa buraxılmadıqlarından Zabux keçid məntəqəsində gözləməli olublar. Bu məlumatı Ermənistan parlamentinin daşnaklardan olan vitse-spikeri İşxan Saqatelyan təsdiqləyib.

Mənbə: Ölkə.az

Bu xəbəri paylaşın: