“SİZİN PUTİNSİZ RUSİYAYA QAYITMAĞINIZA KÖMƏK ETMƏK İSTƏYİRİK” — Anti-Putin legionu

Rusiya Federasiyasının “xüsusi əməliyyatı”nın reallığını görüb Ukraynanın tərəfini tutan rus və belarus hərbçilərindən ibarət “Rusiya azadlığı” anti-Putin legionu qarşıya qoyulan vəzifələri yerinə yetirməkdə davam edir.

Onlar “Rusiyanın Azadlığı” teleqram kanalında Putin rejiminə qarşı apardıqları mübarizə barədə məlumat veriblər.

«Dünən «məhsuldar» gün idi. Putinin ordusu Ukrayna Silahlı Qüvvələrinin və Legionun bölmələrinin motivasiyasını hiss etdi. Uşaqlar, biz sizin ruhdan düşməyinizi və tiran ambisiyaları uğrunda ölmək istəmədiyinizi görürük və hiss edirik. Anlayın, biz dialoqa açığıq, sizi məhv etmək məqsədi güdmürük. Biz sizin evinizə — yenilənmiş Rusiyamıza, Putinsiz Rusiyaya qayıtmağınıza kömək etmək istəyirik. Biz bilirik ki, sizin çoxunuz Putini və Rusiya üçün bu biabırçı müharibəni lənətləyirsiniz. Bilin ki, çoxlarınız RF Silahlı Qüvvələrinin sıralarından tərxis olunmağın yollarını axtarırsınız. Bir daha düşünün, hərəkətə keçin və legiona qoşulun. Bizimlə necə əlaqə saxlayacağınızı bilirsiniz. Biz birlikdə Rusiyamızı Putinin əlindən xilas etməliyik”, — legion döyüşçüləri çağırış edib.

Qeyd edək ki, bütün lazımi yoxlamalardan keçən rus və belarus əsgərləri “Rusiyanın Azadlığı” legionunda döyüşürlər. Onlar dürüstlüklərini və niyyətlərinin səmimiliyini sübut etdikdən sonra onlar Ukrayna Silahlı Qüvvələri ilə eyni səviyyədə işğalçılardan müdafiə olunmaq imkanı əldə ediblər.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: