Kadırovun Tik-Tok-qoşunları Ukraynada nəinki səhnələşdirilmiş videoçarxlar çəkir, həm də onları ciddi şəkildə talanla məşğuldurlar. Onlar təkcə ukraynalılardan deyil, rus hərbçilərindən də oğurlayırlar.
Bunu UTX tərəfindən ələ keçirilən işğalçıların telefon danışığı da sübut edir.
Xerson vilayətində olan işğalçılardan biri dostuna şikayət edib ki, çeçenlər onun silahını oğurlayıblar.
“Gəliblər, deyirlər ki, dua etməyə gəlmişik: “Boş ver, qardaş, biz özümüzük, kəşfiyyatdayıq. Dualarını etdilər…kəmərdi kəsib tapançanı götürdülər və maşına minib getdilər” – deyə işğalçı qəzəblə danışır.
Komandanlıq ehtiyatsız işğalçıya aman verməyib və onu silah itkisinə görə səngər qazmağa göndərdi. Daha sonra ona tapançanın axtarışı üçün iki gün vaxt verilib.
«Tapmasam, məni basacaqlar! İtkin kimi yazacaqlar … Yazacaqlar ki, guya «ukroplar» (ukraynaya «orkilər»-işğalçılar belə deyir-red.) məni vurdular» dedi.
