Rusiyalı analitik mayın 9-na kimi Putinin masasındakı “plan”dan danışıb

Feyqinin sözlərinə görə, hər hansı planın həyata keçirilməsinə yaxın günlərdə başlamayacaq.


Rusiya prezidenti Putin yəqin ki, mayın 9-da Ukraynaya müharibə elan etməyə və əhalini səfərbər etməyə razı olmayacaq.


“Seqodnya” saytı yazır ki, bu fikri rusiyalı siyasətçi və hüquqşünas Mark Feyqin deyib.


«Mənə elə gəlir ki, onlar hələ bunu etməyə cəsarət etməyəcəklər. Amma onun bu planının masada olduğu dəqiqdir. Çünki ordunun bu səfərbərliyə ehtiyacı var, amma onlar öz problemlərini həll edirlər. Əməliyyatın uğursuzluğuna görə məsuliyyəti öz üzərlərinə götürürməkdən qorxurlar». Aprelin əvvəlindən əməliyyatın ikinci mərhələsi başlayıb. Beləliklə deyə bilərik ki, 100 min kadrımız çatışmır. Gəlin, səfərbərlik elan edin, nəticəni təmin edəcəyik» deyə fikir bildirdi.

Feyqinin fikrincə, Rusiya Federasiyasının hərbi rəhbərliyi Putinə Ukraynadakı uğursuzluqları canlı qüvvənin çatışmazlığı ilə izah edə bilər. Eyni zamanda, hüquq müdafiəçisi iddia edir ki, Putin özü səfərbərliyin risklərini anlayır.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: