Ukrayna ordusu əks-hücuma keçib

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində əks-hücum əməliyyatına başlayıb. 

Bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Birləşmiş Qüvvələrin Komandanlığı, «Vostok» əməliyyat-taktiki qruplaşması bildirib ki, ukraynalı müdafiəçilər düşmənin 20 tankını, bir artilleriya sistemini, 28 zirehli texnikasını, bir xüsusi zirehli maşını və 5 texnikasını (bir tanker də daxil olmaqla) məhv ediblər.

Ukrayna Donbass səmasında hava hücumundan müdafiə bölmələri Orlan-10 tipli 3 pilotsuz uçuş aparatını vurub.

Ukrayna Ordusu işğalçı əsgərləri əsir götürüblər.

Bu xəbəri paylaşın: