Lənkəran şəhər Veteranlar klubu, Şıxəli Qurbanov adına Yaradıcılıq klubu, Ləj kənd Sənətkarlıq klubu və Məhəmməd Səid Ordubadi 26 saylı kitabxana ilə birgə faşizm üzərində qələbənin 77 -ci il dönümünə həsr olunan ədəbi bədii gecə keçirildi.
Bu barədə Azərbaycan Vətən Veteranlar Müharibəsi İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev sosial şəbəkədə paylaşım edib.

Tədbirdə Azərbaycan Vətən Veteranlar Müharibəsi İctimai Birliyi Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Qaziləri, və müharibə veteranları iştirak etdilər.
9 May faşizm üzərində qələbədən müzakirə mövzusu olub. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və Qafur Məmmədovun müharibədə göstərdikləri qəhrəmanlıqlardan söhbət açılıb.




