TƏBRİK: NOVRUZOV RƏHMAN ZEYNAL OĞLU — 46

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan  peşəkarlığı,  humanistliyi və səmimiyyəti ilə secilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünü Daxili Qoşunlarda kecirən Silahlı Qüvvələr veteranımız,  ehtiyatda olan mayor  Novruzov Rəhman Zeynal oğlunun  may ayının  10-da onun  46 yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan  mayor Novruzov Rəhman Zeynal oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki, Rəhman Novruzovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Mayor Novruzov Rəhman Zeynal oğlu 1976-cı ilin  may ayının  10-da Bakı şəhərində anadan olub.

1993-cü ildə Bakı şəhər  Nərmanov rayonunun 47 nömrəli tam orta məktəbini,  2002-ci ildə Azərbaycan Texniki Universitetinin  nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki-təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi-taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1994-2021-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi,  Xaçmaz (Yalama qəsəbəsində), Nərimanov, Xəzər, Sabunçu rayonlarında  və Gəncə şəhərində yerləşən hərbi hissələrdə müddətli həqqi hərbi xidmətdə əsgər, sonradan Nizami hissə rəisi, Ərzaq və Əşya xidməti rəisi, Daxili Qoşunların Bas İdarəsinin  Maddi-texniki təminat İdarəsində isə məsul icracı və Ərzaq şöbəsinin zabiti vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş  və yubiley nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

— » Hərbi xidmətmətdə fəriqlənməyə görə  — 3 dərəcəli medal ilə»;

— » Silahlı Qüvvələr Veteranı» medalı ilə;

— » Qüsursuz xidmətlərə görə»  1ci dərəcəli medal ilə  —  Silahlı Qüvvələrdə  20 təqvim il xidmətə görə;

— » Qüsursuz xidmətlərə görə» 2 ci dərəcəli medal ilə  -Silahlı Qüvvələrdə 15 -təqvim il xidmətə görə;

— «Qüsursuz xidmətə görə » 3-  cü dərəcəli medalı ilə Silahlı Qüvvələrdə- 10 təqvim il xidmətə görə;

— «Silahlı Qüvvələrin  10 illiyi  (1991- 2001)» yubiley  medalı ilə;

— » Silahlı Qüvvələrin  90 — illiyi  ( 1918 — 2008)» yubiley medalı ilə-;

— «Silahlı Qüvvələrin  95 — illiyi ( 1998 -2013 )» yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏHMAN BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: