Olmayan rejimin üzdəniraq rəhbəri Araik müharibə istəyir

Olmayan rejimin rəhbəri Araik Arutunyan yeni sərsəm bəyanatla çıxış edib. 

Olmayan rejimin rəhbəri Xankəndində jurnalistlərə açıqlamasında bildirib ki, erməni xalqı yeni müharibə istəyir.

“Qarabağda yeni müharibə üçün hazırlıqlara başlamışıq. Bu işdə bizə yardımçı olana dostlarımıza təşəkkürlərimizi bildiririk. Erməni ordusunda təlimlər davam edir və biz yeni müharibəyə hazırlaşırıq. Bunun üçün yeni müdafiə istehkamları, gizli sığınacaqlar inşa edirik” -deyə Arutunyan bildirirb.

Bu xəbəri paylaşın: