Ermənilərin məhv edilmiş məşhur «Birinci rota»sı

Birinci Qarabağ savaşı başlayan zaman tez bir zamanda təşkilatlanan ermənilər silahlanmağı və mütəşəkkil döyüşən bölüklər yaratmağı bacardılar. 

Sözsüz bu işdə onlara xaricdə yaşayan ermənilər və Rusiya xüsusi xidmət orqanları yardımçı olurdu. Ermənilərin 1989-cu ildə yaratdıqları ilk böyük silahlı birləşmələrindən biri  “Birinci rota” adlandırdıqları dəstələri idi.

Tezliklə bu rotaya 170-dən çox erməni cəlb edildi. Yüksək əməkhaqqı ilə təmin edilən və həvəsləndirilən ermənilər tezliklə azərbaycanlılara qarşı amansız savaşa başladılar. Bu dəstə peşəkarlardan ibarət bir xüsusi təyinatlı dəstə idi. Dəstənin komandiri isə general  Geno Henri Hakobyan idi. Ancaq dəstəyə faktiki olaraq  general Mikael Arzumanyan başçılıq edirdi. Təbii ki, dəstə qarşısına ciddi tapşırıq qoyulmuşdu. Onlar azərbaycanlıları qoca, qadın, uşaq bilmədən məhv etməli idi.  1992-ci ildə bu dəstə Şuşanın işğal edilməsi xüsusi fəallıq göstərir.

 1992-ci ilin payızında Ağdərə rayonunun Göyarx kəndi istiqamətində gedən döyüş zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən  ermənilərin “Birinci rota” adlandırdığı  xüsusi təyinatlı dəstə darmadağın edilir. 170 nəfərlik dəstənin cəmi 15 üzvü bu döyüşdən sağ çıxa bilir. Döyüş zamanı dəstənin komandiri general, “Mişik” ləqəbli Mikael Arzumanyan ağır yaralanır. Lakin qaçmaq istəyən dəstə mühasirəyə salınır. Qanlı döyüşdən 15 nəfərlik dəstədən yalnız yaralı general Mikael Arzumanyan və  Yaşa Xaçiyan sağ aradan çıxa bilir. Ermənilər məğlubedilməz adlandırdıqları “Birinci rota”sı cəmi bir saat içində məhv edilir…

Qoşqar Salmanlı (12News.az)

Bu xəbəri paylaşın: