Qondarma “DQR”-in oyuncaq “prezidenti” Araik Arutyunyanın İrəvanla son razılaşdırılmış təyinatları, Rusiyanın xatirinə «dəyib».
Xüsusən də Masis Mailyanın “xarici işlər naziri” postuna təyin olunmasında maraqlı bir məqam var. O, «arzuolunmaz» şəxs kimi Rusiyaya buraxılmır. Bu günə qədər Moskva M. Mailyanın Rusiyada arzuolunmaz şəxs olması barədə məlumatları rəsmi şəkildə təkzib etməyib. Yəni koronavirus bəhanəsiylə Moskvaya getməkdən yayınan Paşinyan, Qarabağdakı əlaltılarını bəhanələri hazır olan şəxslrdən seçməsi heç də təsadüfü deyil.
Ermənistan KİV-ləri bu təyinatları belə şərh edib: «Bu təyinatların əsl ünvanının Nikol Paşinyan olduğunu və Kremlə qarşı de-fakto demarş hesab edildiyini nəzərə alaraq Rusiyaya girişinə maneə törədib”.
Beləliklə, Nikol Putinə «əlcək atdı». Yəqin ki, Rusiya «böyük qardaşının» bu şıltaqlığını da həzm edəcək…
Elnur Səlim
