“Dərs vaxtı” verilişi İyunun 16-dan yeni formatda yayımlanacaq

Teledərslər iyunun 12-də başa çatmayacaq. İyunun 16-dan iyulun 17-dək yeni formatda efirlərdə yayımlanacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 16-dan teledərslərin abituriyentlər üçün nəzərdə tutulan buraxılışına start veriləcək. Məqsəd qəbul imtahanlarına hazırlıq prosesində abituriyentlərə kömək etməkdir. Nazirlik “Dərs vaxtı” verilişini izləməyi tövsiyə edir.

Bu xəbəri paylaşın: