TƏBRİK: MURADOV RƏHİM AYDIN OĞLU — 43

      Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi  və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev  ehtiyatda olan mayor Muradov Rəhim Aydın oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə onu xoşbəxt edəcək şəkildə keçsin.

       Muradov Rəhim Aydın oğlu  1979 cu ilin may ayının 30 -da Bakı şəhərində Polis ailəsində anadan olub .

      1996 -cı ildə Bakı şəhərində İdman məktəbini,  2001 -ci ildə Azərbaycan Dövlət Pedaqoji Unversitetini,  2002 -ci ildə  Daxili Qoşunların Zabitlərin ixtisas artırma kursunu bitrib.

      2001- 2013 -ci illərdə  Daxili Qoşunların Binəqədi, Xəzər,  Nərimanov,  Lənkəran rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri,  böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,  şəxsi heyətin qeydiyyatı və uçotu üzrə zabit,  şəxsi heyətin qeydiyyatı və uçotu üzrə bölmə rəisi,  döyüş təlimi üzrə bölmə rəisi,  İdman və fiziki hazırlığ rəisi,  Daxili Qoşunların Bas İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində baş zabit vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət edib.

     O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

 Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində  baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi —  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin  və xidmət rəisinin  müvafiq əmrləri ilə  fərmanla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

    Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

— «Silahlı Qüvvələrin yaranmasının » 90 illiyi ( 1918 — 2008) yubiley medalı ilə

— «Silahlı Qüvvələrin yaranmasının » 90 illiyi ( 1918 — 2008) yubiley medalı ilə

— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətinə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏHİM BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: