ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMRÜ — BABĞROV ABBAS – 45 yaş

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  həyatında öz dəst  xətti olan, yüksək  peşəkarlığı, humanistliyi, dərin zəkası,  vətənpərvərliyi, sadəliyi və səmimiyyəti , dəqiqliyi və təmkinliyi,  insanpərvərliyi  və təşkilatclıq bacarığı ilə  seçilən, ömrünün ən məhsuldar dövrünün  21 ildən cox şərəfli xidmət  yolunu hərbı xidmətdə kecirən ehtiyatda olan kapitan Bağırov Abbas Hüseynqulu oğlunun iyun ayının 18 — də 45 yaşı tamam olur.

Həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan  kapitan Bağırov Abbas Hüseynqulu oğlu doğum günü münasibətilə  «Azərbaycan Vətən Müharibəsi Veteranları»  İctimai Birliyinin (AVMVİB) rəhbərliyi,  »  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.  Hər yeni yaş Abbasa  sevinc dolu illər bəxş etsin, hər yeni günü isə  onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Kapitan Bağırov Abbas Hüseynqulu oğlu  iyun ayının  18-də  1977-ci il Naxçıvan şəhərində anadan olub. Ailəlidir. İki övlad atasıdır.

1994-cü ildə  Naxçıvan  şəhərində tam orta məktəbi,  2018 -ci ildə Azərbaycan Respublikası  Daxili işlər Nazirliyi Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbini fərqlənmə ilə bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  kecirlən  bir çox metodiki təlim toplanışlarında, Xüsusi — taktiki təlimlərdə, Nümunəvi göstərici məşğələlərdə,  müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1995  — 2018 ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Naxçıvan  şəhərrində yerləşən  Taqım komandiri,  Dəstə komandirinin tərbiyəvi işlkər üzrə müavini, Dəstə komandirinin 1-ci müavini- qərargah rəisi və   Qərargah rəisinin xidmət üzrə köməkçisi  vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə  xidmət edib.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqəladə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  Daxili Qoşunlar Komandanının və onun müavinlərinin,  Ali Hərbi Məktəb rəisinin, Briqada  və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə «Əla xidmətlərə görə» döş və yubiley nisanları  ilə təltif olunub,  fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.

Hərbi yoldaşları  onu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və hərbi təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost — tanış  arasında özünə layiqli hörmət qazanıb.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

«Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi  ( 1918 — 2013 )  yubiley   medalı ilə;

«Qüsursuz Xidmətə Görə «3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,

«Qüsursuz  Xidmətə Görə «2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,

«Qüsursuz Xidmətə Görə «1 -ci dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə,

DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN ABBAS BƏY.

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNƏ GÖRƏ VERSİN!

BÜTÜN ARZULARINA ÇATASAN, İNŞALLAH!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini -polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: