Faciəvi şəkildə həlak olan hərbçimiz dəfn edildi

Naxçıvan Muxtar Respublikası ərazisində qulluq edən hərbçi — kapitan Nizami Vahid oğlu Yolçuzadə xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Fedai.az xəbər verir ki, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən dərəyə aşıb. Məlumata görə, hadisə mərhum hərbçinin məzuniyyətdən sonrakı ilk xidmət günündə baş verib. Nizami Vahid oğlu Yolçuzadə əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.

Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) hərbçimizin ailəsinə və yaxınlarına başsağlığı verir və uca Allahdan ruhuna rəhmət diləyir.

Bu xəbəri paylaşın: