ŞƏRƏFLİ VƏ MƏNALI ZABİT ÖMRÜ: VİDADİ ŞÜKÜROV — 74

     Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  və Ədiliyyə Nazirliyinin Penitensiar  Xidmətinin  həyatında  öz dəst — xətt  olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən  ömrünün ən məhsuldar  dövrünü hərbi xidmətdə keçirmiş   Silahlı Qüvvələr və Müharibə Veteranı, istefada olan polkovnik-leytenant  Vidadi Maqsud oğlu  Şükürovun iyun  ayının  20 — də  74 yaşı tamam olur.

    Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  Vidadi Şükürovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin  müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin,  hər yeni günü isə  onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

    Polkovnik —  leytenant  Şükürov  Vidadi  Maqsud oğlu  1948 — ci ilın ıyun ayının 20- də Azərbaycan Respublikasının Ağdam rayonunun  Şıxbabalı kəndində anadan olub.

     1965 — ci ildə  Ağdam rayonunun  Şıxbabalı kənd orta məktəbi,  1974 — cü ildə  SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Tiflis şəhərində yerləşən Diviziyanın tədris  alayında gizirlər məktəbi, 1982 — ci ildə   isə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların  LKGİ-nin 60 iliyi adına  Sankt-Peterburq (keçmiş Leninqrad)  AliHhərbi Siyası məktəbi bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Bakı və Tiflis şəhərlərində keçirilən bir çox metodiki təlim-  toplanışlarında, xüsusi- taktiki təlimlərdə,nümnəvi  -göstərici  məşğələlərdə, Komanda — Qərargah    məşqilərində,  seminar və konfranslarda fəal iştirak edib.

      1973-2003- cü illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Ədiliyyə Nazirliyinin Penitensiar xidmətinin  Konvoy Mühafizə — alayında  nəzarətci, taqım və böluk  komandiri,  Əlahiddə xüsusi motorlaşdırılmış milis taborunun komandirii, Alay komandirinin müavinini- Qərargah rəisi, Alay  komandiri  vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib.

      O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

    Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

     Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

     Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli,  Zəngilan və Qubadlı rayonları istiqamətində )  gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən gəlmişdir.  Müharibə Veteranı  Polkovnik leytenant  Vidadi Şükürovun oğluları (Vaqif  və  Mansur) 44 günlük Vətən Müharibəsində iştirak etdiklərinə görə  müvafiq  medalarla təltif ediliblər. Hal- hazırda onlar  hərbi xidmətdə (müvafiq vəzifələrdə)   Vətənə Dövlətə və xalqa  sədaqətlə xidmətlərini davam etdirirlər.

       Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  SSRİ  və  Azərbaycan Respublikası  Daxili İşlər Nazırlərinin,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,  Ali Hərbi Məktəb rəisinin, Ədiliyə Naziri  və onun müavinlərinin, Diviziya və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə » Əla xidmətlərə görə döş və yubiley nişanları  ilə təltif olunub,  fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.

     Xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə polkovnik- leytenant  Vidadi Şükürov aşağıdakı orden və medallarla təltif olunub:

— » SSRİ Silahlı  Qüvvələrin Dövlət    Qarşısında  böyük Xidmətlərinə Görə»   — 3 dərəcəli Ordenlə (21 may  1991 SSRİ Ali Sovetiin  müvafiq sərancamı ilə)

-» SSRİ Silahlı Qüvvələrin yaranmasının» 70 — illiyi yubiley medalı ilə;

«Qüsursuz  Xidmətə Görə » 2-dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

— «Qüsursuz Xidmətə Görə 1-ci  dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

— » Qüsursuz Xidmətə Görə » 3-dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VİDADİ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: