AVMVİB Beyləqan və Xocavənd rayon şöbələri təltif edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi rəhbərliyi Rusiyada yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən «Prezidentə Dəstək» İctimai Birliyinin sədri Məhəmməd Yaşa oğlu Rəfiyevi Fəxri fərmanla təltif ediblər.


Həmçinin, «Prezidentə Dəstək» İctimai Birliyi Ağsaqqallar Şurasının sədri Kamil İlyas oğlu Teymurov da Fəxri fərmanla təltif edilib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış edərək bildirdilər ki, bu İctimai Birlik 44 günlük Vətən müharibəsi günlərində və ondan sonrakı günlərdə qazilərimizə və şəhid ailələrinə etdikləri yardımlarla daim yanımızda olublar. Bu gün də öz fəaliyyətlərini bu istiqamətdə qurublar. Bu yolda bizimlə olanların təltif olunması veteranlarımızın minnətdarlığını ifadə etmək üçündür.


Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: