Bu gün mərhum Kamil Şirinovun doğum günüdür!

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinovun doğum günüdür.

Yaşasaydı 58 yaşı olacaqdı…

Yaşasaydı…

Buralarda ölüm var
Ya oralarda yoxmu, ölüm?
Yoxsa sor özünə
Nədən çox sevir bizi,
Sizin sevmədiyiniz qədər?
(Fikret Tuncer)

Sıralarımızı tez tərk etdi, amma bir ömrə sığacaq qədər işlər gördü. Vətənimizin dar günündə silaha sarıldı, döyüşçü dostlarının hüquqları uğrunda mübarizə apardı, gənc nnəslin vətənpərvər ruhda tərbiyyəsinə çalışdı…

44 günlük Vətən müharibəsində də əsgərimizin yanında oldu.

Artıq 1 ildən artıqdır ki, Haqq dərgahındadır. Bu gün doğum günündə rəhmətlə anırıq.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi döyüş dostlarını rəhmətlə anır və məkanı cənnət olmasını diləyir.

Allah rəhmət eləsin!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: