Türkiyənin Şanlıurfa vilayətinin Birecik rayonundakı Çiçəkalan sərhəd məntəqəsinə terrorçular tərəfindən hücum edilib.
Bu barədə Şanlıurfa valisi Saleh Ayxan məlumat verib.
Terrorçuların hücumu nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb.
Türkiyə ordusu dərhal bölgədə hərbi əməliyyatlara başladı.
Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyatlar nəticəsində 13 terrorçu məhv edilib.
Bölgədə hərbi əməliyyatlar davam etdirilir.
Bu xəbəri paylaşın: