“Putin “DXR”-dən danışdı, bu yalançı isə öz müqəddəratını təyinetmə haqqında bir söz demədi”.
Bunu polis polkovniki Tatul Petrosyan müxalif partiyalarla “Ermənistanın real gündəmi” mövzusunda birgə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyətinin 2018-ci ildən bu yana gördüyü işlər göstərir ki, bu adamlar satqındırlar.
“Bu gün hakimiyyət Ermənistanın və Qarabağın təhlükəsizliyini təmin edə bilmir. Yeganə ümid Rusiya Federasiyasının sülhməramlılarınadır”, – deyə Petrosyan bildirib.
Xuraman Etibarlı
Mənbə: KONKRET.az