Atası yurdunu itirmişdi, Altay isə soyadında bir hərfi dəyişik salıb

Elnur Səlim

Altay Göyüşov adlı bivec millətin üzqarası etdiyi qələt barədə söz-söhbət bitmir. Çünki bu qələtin çəkisi sahibindən ağırdır: “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq qınayıram”. Amma bu nadürüst tək olsaydı, «cəhənnəm» deyib ötərdik. Amma bu sürünün sayı günbəgün artır.

Xüsusən də ölkədən qaçıb «yad qapılarında banlayan xoruzlar»ın qələt yarışına baxıb düşünürsən ki, Allah bunca naxələf hansı məmləkətin nadanlıq, xəyanət və binamusluq quyularından çıxırlar? Özünü döyüşçü sayan Tofiq Yaqublu, babasının kəlləsini ermənilər qazıb çıxaran Tural Sadıqlı, atasını erməni öldürən Sevinc Osmanqızı, döyüşlərdə olduğunu iddia edən Əfqan Muxtarlı, saxtakarcasına siyasətbazlıq edib yaxasını cıran Gültəkin Hacıbəyli və onların xəyanət ortaqları, sən demə delimitasiya olunmadan Ermənistanın xəritəsini çəkib, demarkasiya xətlərini müəyyən ediblərmiş. Haram olsun, bu ölkənin o sizə verdiyi hər şey. İndi bildinizmi, kim kimdir? İndi bildinizmi ki, içimizdəki hər cür sərəfsizliyi boynuna götürənlər erməni əlaltılarından qeyrisi deyil.

Bir faktı qeyd etməliyik ki, bu erməni dəstəkli söyüş eskadreliyasından tam fərqli olaraq, bu ölkədə ən çox zərər görmüş Qurban Məmmədov hər dəfə müharibə başlayanda bütün siyasi fəaliyyətini bir kənara qoyub Ordumuzun və aparılan mübarizənin yanında olur. Baxın öyrənin.

Çünki, dövlətçilik şüur məsələsidir. Əqidə məsələsidir. Əxlaq məsələsidir. Vətənə və Orduya müxalif olan kimliyindən asılı olmayaraq ən böyük xaindir. Ermənidən çox ermənidir.

Atalarımız «it hürər, karvan keçər» deyiblər. Amma unutmayaq ki, atalar desə də, karvanın keçməsi üçün itin hürməsi şərt deyil. Bir deyim daha var: «Əsil köpək sahibinin qapısında hürər». Yoxsa gedib yad qapısında onun-bunun karvanına hürüb baş aparmaz.

Bu yaxınlarda Fedai.az-da gedən bir lətifəni xatırlatmaq yerinə düşür. Bir ac canavar meşədə yem tapmadığından qəsəbəyə dadanır. Bazar kənarında, birinin süd qabını aşırıb südü içir, sonra bir çörəkçinin çörəyini oğurlayıb yeyir, bir toyuq satanın toyuğunu, mollanın eşşəyini yeyir və bir gün də qəssabın ət dükanından da bir budu oğurlayıb yeyir.

Canavarın gəlişindən duyuq düşən kəndin itləri canavarı qovmağa başlayarlar.

Qovhaqov başlar…Elə ilk yorulub dayanan qəssabın iti olur. Çox yağlı yediyindən nəfəsi kəsilir və dayanır. Sonra südçünün, daha sonra isə çörəkçinin, mollanın və toyuq satanın iti qovhaqovdan vaz keçərlər. Ancaq canavar kənddən çıxıb yaxınlıqdakı meşəyə çatanadək dəmirçinin iti ondan əl çəkməz. Canavar qaça-qaça deyinər: «Bilirəm ki, südçünün südünü içmişəm, tamam. Çörəkçinin də çörəyini yemişəm, o da tamam. Mollanın eşşəyini də parçalamışam. Bu da məlum. Hələ qəssabı heç demirəm. Bütün bunlara baxmayaraq, onların itləri məndən əl çəkdilər. Bəs yaxşı, görəsən, mən bu dəmirçinin nəyini yemişəm ki, onun iti məndən əl çəkmir?»

Biz qara yaxan erməniləri başa düşürük. Bəs bunlar niyə erməninin iti kimi ortaya düşüblər?

Hələ özündən müştəbeh Altay Göyüşov deyəsən, «göyüşü» «gö..üş» eləyib ortaya düşüb. Orasını mən eləməmişəm ha, onu Vartana olan dərin məhəbbətin eləyib…

Hələ bir başqa sürü isə «Gərmə» dövləti adıyla İran abtafalığı etməkdədirlər. Baxsan elə bir «gərmə çuvalına» oxşayan cəmdəyi peydahlayan İran, bu adama bənzər məxluq qədər axmaq olduğunun fərqinə varsa yaxşı olar. İranda bəlli qüvvələrin dəstəklədiyi Tohid İbrahimbəyli, Orxan Məmmədov və digərləri bu ölkədə kişilər məclisində çay daşımağa da layiq deyillər.

Amma maraqlı burasıdır ki, bu «karvanbasarlar» hamısı eyni zamanda ağız-ağıza verirlər. Bu karvan gedəcək. İçimizdə və çölümüzdə olan kolon nökərlərini basdıra-basdıra, təmizlənərək gedəcəyik. Özünüzü zora salmayın. Atılan sümüyü atan əlləri kəsəcəyik. O gün uzaqda deyil.

Unutmayın ki, kritik məqamlarda ölkəmiz əleyhinə qarayaxma kampaniyaları aparanlar siyasi sığınacaq almaqla, yaxud qaçıb gizlənməklə törətdikləri əməllərindən heç vaxt sığortalana bilməyəcəklər. Bu mənada həmin xəyanətkarların da əməllərinə hüquqi qiymət veriləcək və layiq olduqları cəzalarını alacaqlar. Amma indidən doğma Vətəninə müxaliflik edənlərin elə hamısı gedib Ermənistanda yaşasalar daha yaxşı olar.

Bu sürüyə veriləcək özgə ad tapmadım. Düşmənin tərəfində, səfində dayanmaqla onlar özlərini ifşa etdilər. Köpəklərdən dönə-dönə üzür istəyirəm…

Bu xəbəri paylaşın: