Ermənistan – “Uğursuz dövlət”

Qurban Vahidov

Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araşdırmalar Komisiyasının üzvü, kafkaznews.com

Təbii fəlakətlərlə yanaşı, bəşəriyyət tarixində həqiqətən də ən böyük fəlakətlər dövlətlərin institusional uğursuzluqlarıdır, bu səbəbdən hökumət və onun rəhbərləri məsuliyyət daşıyır. Buna hökumətin və ya dövlətin uğursuzluğu deyilir.

UĞURSUZ DÖVLƏT ((FAILED STATE, GOVERNMENT)), VƏ YA UĞURSUZ HÖKÜMƏT – suveren milli dövlətin iki əsas funksiyasını yerinə yetirə bilməyən dövlətdir:

  1. Gücünü bütün ərazisinə və orada yaşayan xalqlara nümayiş etdirən.
  2. Milli sərhədlərini qorumağı bacaran.

Dövlətin uğursuzluğu anlayışı Madlen Olbrayt və başqaları tərəfindən 1990-cı illərin əvvəllərində Birləşmiş Millətlər Təşkilatında populyarlaşdı. Və hətta bundan əvvəl politoloq Robert H. Cekson “kvazi-dövlət” (həmçinin proto-dövlət kimi tanınır – tam institusionallaşmış və ya muxtar suveren dövləti təmsil etməyən siyasi qurum) terminini işlətmişdir.

“Uğursuz dövlət” anlayışları müxtəlifdir, lakin onlar daha çox dövlətin təhlükəsizlik, infrastruktur və s. kimi müsbət siyasi dəyərləri təmin edə bilməməsinə yönəlib. Bu məsələ ilə bağlı çoxlu sayda elmi işlərin olmasına baxmayaraq, dövlət uğursuzluğunun tərifi ilə bağlı konsensus yoxdur. Ən çox qəbul edilən tərif “dövlətin əsas funksiyalarının artıq yerinə yetirilmədiyi, müflisliyi” vəziyyət kimi müəyyən edir.

Analitiklər dövlətin uğursuzluğunun bir neçə səbəbini müəyyən ediblər:

  1. Münaqişələrə səbəb olan resursların olmaması;
  2. Korrupsiyaya səbəb olan resurs bolluğu və dövlətin kriminallaşması;
  3. Dövlətin kriminallaşmasına gətirib çıxaran hakimiyyətin qəsbi;
  4. Özgə torpaqları işğal edərək talan üzərində qurulmuş və zorakılıqla dəstəklənən iqtisadiyyat.

Ermənistan dövlətinin fiaskosu

Əsrlər boyu müxtəlif xalqların, müxtəlif dövlətlərin tərkibində yaşayan ermənilər heç bir halda özlərini dövlət qurucu xalq kimi hiss etməyiblər. Onlara dövlətçilik (1918-1920) verilsə də, ətalətlə həmişə başqalarının əlinə baxırlar, onlardan pay, dotasiya və yardım gözləyirlər. Necə ki, Sovetlər Birliyində Ermənistan (Qərbi Azərbaycan) dövlət büdcəsinə xeyir verməyən, əksinə ziyanverici olaraq digər müttəfiq respublikaların hesabına yaşayan bir parazit olmuşdur.

Baş verən müsibətlərə görə hamını günahlandırmaq, hamıdan təmənnasız kömək istəmək, özünü xristianlığın “müdafiəçisi” kimi təqdim etmək – bunlar dağıdıcı ideologiya kimi ermənilərin bütün nəsillərinin beynində yerləşmiş nağıllardır.

Hindistandan köçüb gələn erməni qaraçılarının indiki nəsilləri son 100 ildə Kiçik Asiyada, İranda və Qafqazda baş verən bütün qanlı hadisələrin əsas icraçılarına çevriliblər. Onlara dövlət qurmağa kömək edəcəkləri vədləri müqabilində “izzət” və “əzəmətə” can atan bu soysüz ermənilər  böyük dövlətlərin əlində silaha çevrildi. İki əsrə yaxın xəyanətin, riyakarlığın, yad ərazilərə təcavüzün, bölgə xalqlarının mədəni-mənəvi dəyərlərinin oğurlanması və saxta, uydurma tarix yaradılmasının nəticəsi ona gətirib çıxardı ki, Cənubi Qafqazda ilkin Azərbaycan torpaqlarında Rusiya və bir sıra Avropa dövlətlərinin dəstəyi ilə “Ermənistan” adlı dövlət quruluşu yarandı. Sonra bütün bölgə sovet imperiyası tərəfindən işğal olundu və tarixi Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ilk erməni dövləti yaradıldı, sonra Kreml Azərbaycan türk xalqının razılığı olmadan bir imza ilə torpaqlarımızı erməniyə hədiyyə etdi. Nəticədə Azərbaycan, rus və erməni faşizminin siyasəti nəticəsində 29.900 kv/km ərazisini itirmiş oldu.

Sovet İmperiyası dağılandan sonra yenə də Moskvanın icazəsi və onun fəal dəstəyi ilə artıq daşnak-faşist ideologiyası ilə zəhərlənmiş hindistanlı qaraçıların nəsilləri təşəbbüsü öz əllərinə aldılar. Daha bir Azərbaycan ərazisi – Qarabağ nizami sovet ordusunun köməyi  və rus ordusunun yardımı ilə ermənilər tərəfindən işğal edildi.

Regionda öz maraqları olan bütün güclü dövlətlərin manipulyasiya etdiyi “sülh nizamlanması” prosesi başladı. Demək olar ki, 30 ilə yaxın müddət ərzində Qarabağın işğaldan azad edilməsi öz həllini tapmadı. “Ermənistan” getdikcə özünün əsas himayədarları – Rusiya, Fransa və ABŞ-dan asılı vəziyyətə düşdü. Müstəqill dövlət kimi siyasət yürüdə bilmədi, “dövlətçilik” maraqları digər imperialist dövlətlərin maraqlarına xidmət etdi, hətta ordusunu başqa dövlətlərin ixtiyarına verdi.

Axı Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün böyük ordu lazımdır, onu silahlandırmaq lazımdır, bu isə böyük vəsait tələb edirdi. Moskvada: “biz din qardaşlarıyıq, hristiyanıq, nə sualdır, əlimizdən gələn yardımı edəcəyik!” deyərək “erməni hakimiyyətinin” başının altına yastıq qoydular. Özlərini dünyanın ən hiyləgər etnik qrup hesab edən hay qaraçılar, alkaş rus İvanın onları orta barmağının ətrafında necə dolayaraq əbədi borcluya çevirməsindən belə şübhələnmədilər.

Faşist ideologiyasına aludə olan dünya erməni etnokorporasiyası Ermənistanın qonşu dövlətlərlə normal münasibətlər qurmasına mane olur. Bunun nəticəsidir ki, Ermənistan getdikcə uğursuz dövlət kimi dünyaya bəlli olur, yad ərazilərə iddia edir, separatizm və müharibə şəraiti yaradır. Beynəlxalq ekspertlərin fikrincə, dünya güclərinin, o cümlədən Çin və ABŞ-ın iştirak etdiyi böyük geosiyasi oyun gedir. Ermənistan isə sövdələşmə obyektidir.

Los-Ancelesdə, Parisdə, Moskvada və dünyanın digər şəhərlərində məskunlaşan dünya erməniləri onlardan çox uzaqda olan Qafqazda müharibəni alovlandıraraq maliyyələşdirməkdə davam edirlər. Erməni diasporunun 5 milyard dollarlıq maliyyəsi, erməni millətçi-şovinist layihələrini həyata keçirmək, o cümlədən qondarma “soyqırım”ın tanınması üçün xərclənir.

“Erməni soyqırımı” da eyni siyasi alətdir. Ermənilər qonşu dövlətlərlə münasibətlərdə praqmatik və konstruktiv müstəviyə keçmək əvəzinə, orta əsr- absurd düşüncə tərzi ilə, uydurduqları siyasi miflərinin tanınmasını tələb edərək, dünya ölkələrini, beynəlxalq təşkilatları aldatmağa çalışırlar.

Əslində, Ermənistan regional faşist təfəkkürlü, pozucu rolunu oynayır, Qafqazlara regiona aid olmayan ölkələr üçün təsir imkanları yaradaraq Beynəlxalq İmperializmə xidmət edir. İndi Bayden administrasiyası Ermənistana can atır, faktiki olaraq Türkiyənin bölgədəki təsirinin artmasına mane olmağa və Ankaranın Moskva və Pekinlə yaxınlaşmasına mane olmağa çalışır.

Forpost və ya bölgə: mövcud olmayan dövlətçiliyin “itirilməsi”

Ermənistanın ən yaxın tarixinin 30 illik müddəti FAİLED STATE,  uğursuz dövlətin, uğursuz hakimiyyətin salnaməsidir. Azərbaycana qarşı təcavüz, qonşu ölkələrə ərazi iddiası Ermənistanı təcrid etdi və İrəvanı tam iflasa sürüklədi.

Erməni “dövlətçiliyinin” tabutuna son mismarı,  Azərbaycanın torpaqlarını işğaldan azad edərək Ermənistanı məğlub etməsi oldu. Paradoksal olsa da, Bakının Qarabağı işğaldan azad edərək, müharibədə parlaq qələbəsi həm də Ermənistanın normal həyata qayıtması üçün son şansdır.

Rusiya Beynəlxalq Məsələlər Şurasının Rəyasət Heyətinin üzvü və baş direktoru Andrey Kortunov qeyd edir ki, ənənəvi realpolitik nöqteyi-nəzərdən Ermənistan məhvə məhkumdur: “Üç milyona yaxın əhalisi olan və ərazisi Moskva vilayətindən kiçik olan ölkə, nə qonşu Azərbaycan kimi əhəmiyyətli neft və qaz ehtiyatlarına, nə də qonşu Gürcüstanın zəngin olduğu münbit torpaqlara malikdir”.

Kortunov Ermənistanın geosiyasi mövqeyini acınacaqlı adlandırır və vurğulayır ki, Ermənistan Kremlin ofislərinin astanalarını döyərək təvazökar yalvaran roluna öyrəşməlidir”.

Bu dərin çıxılmaz vəziyyətdən çıxış yolu varmı? Ermənistan cəmiyyətinin qarşısında yeni, ən əsası sağlam milli ideya tapmaq üçün ekzistensial əhəmiyyətli vəzifə durur. Azərbaycanla düşmənçilik, işğal və müharibə ideyasından uzaq durmalı, Sülh Müqaviləsini imzalamalı, sərhədlərin demarkasiya edilməsinə razılıq verməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Artıq Qarabağ, perspektiv yoxdur. Ermənistan hakimiyyəti bunları etməsə, Azərbaycan tərəfinin Beynəlxalq Hüquqa əsaslanaraq “erməni dövlətinin” mövcudliğuna son qoymaq hüququndan istifadə etmək səlahiyyətinə malik olacaqdır.

Ermənistan Konstitusiyasında dəyişiklik etməlidir

“Ermənistan Türkiyəyə qarşı torpaq iddialarına görə yeni Konstitusiya qəbul etməlidir. Ermənistan yeni konstitusiya hazırlayıb qəbul etməlidir, çünki onun hazırkı variantında Türkiyəyə qarşı ərazi iddialarına istinadlar var” – bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu gün erməni siyasəti “yalan, təxribat və həyata keçirilməsi mümkün olmayan istəklər” sintezinə əsaslanır və buna görə də Ermənistan dövlətçiliyini tam hüquqlu dövlət hesab etmək olmaz. “Bu gün Ermənistan məhz belədir. Bu, uğursuz dövlətdir, onun üçün hətta beynəlxalq “uğursuz dövlət” termini də var”, – Əliyev deyib.

O, həmçinin rəsmi İrəvanın öz vətəndaşlarının müdafiəsi məsələsində mövqeyini “ruhi xəstəlik” adlandırıb və əlavə edib ki, ermənilərin Türkiyə və Azərbaycan kimi “güclü” dövlətlərə qarşı iddia irəli sürmək hüququ yoxdur və mənasızdır. “Ermənistan yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa uyğun addımlar atsın, xəritəyə baxsın və orada özünü tapsın, əlbəttə ki, bacarırsa, bu, sadəcə bir məqamdır”, – dövlət başçısı qeyd edib.

Əliyev dəfələrlə Ermənistanı Dağlıq Qarabağ münaqişəsindəki məğlubiyyətdən sonra qisas almaq istəyinə görə qınayıb. Müharibə bitdikdən sonra iki ölkə arasında münasibətlər qarşılıqlı ərazi iddiaları və sərhədin demarkasiyası ilə bağlı çətinliklər səbəbindən gərgin olaraq qalır.

2021-ci ilin aprelində Azərbaycan prezidenti Zəngəzuru (Ermənistanın Sünik rayonu) və İrəvanı (Ermənistanın paytaxtı, Erevan şəhəri) Azərbaycanın “tarixi torpaqları” adlandırıb. “Əminəm ki, biz oraya qayıdacayıq. Mən bayaq dedim ki, biz ora tankla yox, piyada, maşınla, təyyarə ilə qayıdacayıq. Vəziyyət normallaşandan sonra sülh müqaviləsi bağlanarsa, niyə qayıtmırıq? Bu, bizim qanuni hüququmuzdur”, deyə Prezident İlham Əliyev bildirib.

Bir tərəfdən Vaşinqton-Paris oxu, digər tərəfdən Moskva-Tehran və “bu ölkələrin zəncir iti” – Ermənistan, regionda geosiyasi və geoiqtisadi proseslərə təsir imkanlarını qoruyub saxlamaq istəyirlər. Ermənistanda bəzi revanşist qüvvələr, hansısa revanşa çağıraraq, “bir yerə toplaşıb, dirçəlmək və yenidən döyüşmək” cəhdləri edirlər ki, bunlar ya axmaqlıq, ya da Ermənistanın intiharı olacaqdır. Ermənilər üçün indi yeganə real yol qonşularla münasibətlərin effektiv və perspektivli qurulmasıdır. Erməni diasporunun ciddi müqavimətinə baxmayaraq, birinci növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması doğru qərar olacaqdır. Bu böhranın, yoxsulluğun və ümidsizliyə son qoymağın yeganə real yoludur.

Bu xəbəri paylaşın: