Yardımlıda şəhid məzarı ziyarət olunub

Yardımlı rayonu Ərus kəndində şəhid Xüsusi təyinatlı Qarayev Amal Ədalət oğlunun məzarı ziyarət edildi.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

Tədbirdə şəhid valideyinləri, kənd sakinləri, ziyalilar, rayon təhsil idarəsinin isciləri, rayon hərbi komissarlığının işçiləri, rayon idman və gənclər idarəsinin sədri, AVMVİB üzvləri və sədri Mayılxan Əliyev iştirak etmişlər.

Tədbirdə dualar oxunmus və 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş ordumuz haqqında çıxışlar oldu.

Allah bütün şəhidlərimizi rəhmət eləsin!

Bu xəbəri paylaşın: