Qazi qardaşımız Haqqa yürüdü

Kədərli bir xəbər aldıq. Qazi qardaşımız Qara Göyüşov Haqqa yürüdü.

Bu barədə məlumatı AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev verib: «Bu gün Qara qardaşımızı ziyarət elədik. Sanki son nəfəsini vermədən qabaq bizim gəlişimizi gözləyirmiş. Ziyarət eləyib qayıtdıq. Evə çatmışdıq ki, zəng gəldi. Gəlin, Qaranı itirdik. Allah Qara qardaşımıza rəhmət eləsin, yeri cənnət olsun. Heyif, döyüşçü qardaşlarımızı cavan yaşlarında itirə — itirə gedirik.»

На изображении может находиться: 4 человека

AVMVİB Rəhbərliyi və Zəngilan rayon şöbəsi Rəhbərliyi Qara Göyüşovun vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına, döyüş yoldaşlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: