Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətrini el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Şərəfli ömür yolu keçmiş insanların sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış peşəkar, dürüst, vətənpərvər, daimi döyüşçülərin (hərbi qulluqçuların) yaddaşnda qalan , gözəl insan və əlləri qızıl olan müharibə veteranı istefada olan tibb xidməti polkovnik leytenantı Mahir Cəfərovun oktyabr ayının 19 -da 62 yaşı tamam olur.

Daima həyatın bütün imkanlardan alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı istefada olan tibb xidməti polkovnik-leytenantı Mahir Cəfərovu doğum günü münasibətilə semimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir. Mahir həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tibb Xidməti polkovnik leytenantı Cəfərov Mahir İbrahim oğlu 1960-cı ilin oktyabr ayının 19-da Azərbaycan Respublikasının Tovuz rayonunda zəhmətkeş ailədə anadan olub.
O, Tovuz rayonunda A.S.Puşkin adına orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Dövlət Tibb İnstituna daxil olub. 1983 — cü ildə ali təhsilini başa vuruduqdan sonra Mahir Cəfərov təynatla Xanlar rayon Təcili Tibbi Yardım Stansiyasında həkim və baş həkim vəzifələrində işləyib.
1993 – 2012-ci İllərdə tubb xidməti polkovnik leytenantı Cəfərov Mahir İbrahim oğlu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində ( hərbi hospitalda) şöbə rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində, hərbi hospitalında, Həkimlərin təkmilləşmə İnstitutunda keçirilən bir cox metodiki — təlim toplanışlarda, ixtisas artırma kurslarında, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Mahir həkim Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətlərində ) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.O, Döyüş bölgəsində ezamiyyətdə olduğu müddətlərdə düşmənə qarşı döyüşlərdə iştirak fəal edib, hərbici və həkim adılarını sədaqətlə yerınə yetirmişdir.
Mahir həkim düşmənə və yaralı ərənələrimizi üstələyən ölümə qarşı mübarizədə özünəməxsus peşəkarlığı və cəsarəti ilə seçilən həkimlərimzdəndir.
Hərbi və həkim yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrin, Daxili Qoşunların Hərbi Hospitalı haqqında təlimatın tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqçulara, həkimlərə şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Mahir həkim o, anda sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Şərəfli Xidmət yolunun 20 ildən çoxunu Daxili Qoşunların hərbi hospitalında şöbə rəisi vəzifəsində keçirmiş və hal -hazırda təqaüddə olan Mahir Cəfərovun Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq.
Səmərəli fəaliyyətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Tibb şöbə rəisinin və hərbi hissə komandirlərinin ( hərbi hospital rəisinin) müvafiq əmrləri ilə, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub , fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb , ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
— «Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;
— Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MAHİR HƏKİM !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azerbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev


