Beyləqanda şəhidin Anım mərasimi keçirilib

Beyləqan rayonunda 44 günlük Vətən müharibəsi şəhidimiz Mansur Elnur oğlu Teymurovun Anım (şəhadətinin ikinci ili) mərasimi keçirilib.

Mərasimdə müharibə veteranları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və AVMVİB Beyləqan rayon şöbəsinin sədrinin müavini Məmməd Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin yaxınlarına başsağlığı verdilər.

Qəhrəman şəhid Mansur Teymurovun döyüş xidmətləri «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Vətən uğrunda» və «Cəsur döyüşçü» medalları ilə təltif olunub.

Şəhidə ehsan süfrəsi verilib və ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: