Fransanın paytaxtı Parisin dövlət məktəblərinin birində tarix dərsinin mövzusu «erməni soyqırımı» olub.
Şagirdlərdən biri, TÜRK əsilli Həsən KARAOĞLAN müəllimin keçən əsrin əvvəllərində türklərin ermənilərə qarşı törətdikləri dəhhşətli cinayət haqqında fikirlərini təkzib edərək öz etirazını bildiriib. Məhz bu davranışına görə, 14 yaşlı Həsən, müəllimin təkidi ilə sinifdən uzaqlaşdırılıb.
Daha sonra məktəb rəhbərliyi Həsənə şərti cəza tətbiq edərək ciddi xəbərdarlıq edib ki, əgər o, «erməni soyqırımı» faktını bir daha inkar edərsə, üç gün ərzində məktəbdən qovulacaq və təhsil hüququndan məhrum ediləcək .
Şagirdin atasının reaksiyası da diqqət çəkib. O, baş verənlərdən şikayətlənərək narahat olduğunu deyib və bütün bu hadisələrin məhz Fransada Türkiyə prezidenti Rəcəb Teyyub Ərdiğana qarşı düşmənçilik münasibəti olduğuna görə baş veridiyini bildirib.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin Direktoru
