TƏBRİK: POLKOVNİK — LEYTENANT MAHİR MƏMMƏDOV — 52

     Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, təşkilatçılıq bacarığı ilə, dəqiqliyi və təmkinliyi ilə, intizamı ilə, nəzakəti və təvəzökarlığı ilə seçilən ömrünün ən məhsuldar dövrünün  20 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin   Binəqədi ,Xəzər və Xətai rayonlarında yerləşən hərbi hissələrdə və Ail hərbi məktəbdə tağım komandiri, bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, hərbi hissənin  qərargah rəisinin  döyüş təlimi üzrə müavini, hərbi fənlər kafedrasında baş müəllim, Daxili Qoşunların Baş İdarəsinin Maddi texniki təminat idarəsinin Qərgahında isə baş zabit vəzifələrində keçirən  ehtiyatda olan polkovnik leytenant  Məmmədov Mahir İmran oğlunun 21 oktyabr 52 yaşı tamam olur.                 

        Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi ehtiyatda olan polkovnik leytenant  Məmmədov Mahir  İmran oğlunu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir ,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzulayır.

     Mahirin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

   Polkovnik -leytenant  Məmmədov Mahir İmran oğlu  21 oktyabr 1970 -ci ildə  Bakı şəhərində anadan olub.

   O, 1977-ci ildə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən 141 saylı orta məktəbin birinci sinfinə getmiş, 1987 -ci ildə həmin məktəbi bitirdikdən sonra ,Bakı Dövlət Universitetinə daxil olmuş, 1992-ci ildə həmin Universiteti,1999 -ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən Məktəbdə zabitlərin ixtisas artırma kursunu bitirmişdir.

   O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

   Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

   O,Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarına, hərbi andın, hərbi nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuş, Vətənə, Dövlətə və Xalqa isə sədaqətlə xidmət etmişdir.

    Mahir, qorxmaz, insanpərvər, saxavətli, vətənpərvər,  əliaçıq, vəfalı bir zəhmətkeş baş zabit olmuşdur. O, istər təhsil aldığı orta və ali təhsil müəssisələrində , istərsə də xidmət etfiyi kolektivilərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     Polkovnik — leytenant  Məmmədov  Mahir İmran oğlu  Xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və nümnəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə  O, Daxili İşlər Nazirinin , Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və onun müavininlərnin  müvafiq əmrləri ilə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıldı və ona təşəkkür elan edilib.

  Mahir Məmmədov Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından «Qüsursuz xidmətə görə»1-ci 2-ci və 3-cü dərəcəli «Silahlı Quvvələrin yaranmasinin» isə   10 -ilk, 90 — ilk  və 95-ilk medaları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MAHİR BƏY!

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq məslələri üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: