Mingəçevirli veteran energetiklər «Azərenerji» ASC Rəhbərliyinə minnətdarlıq edirlər

Müharibə veteranı olan energetiklər, göstərilən diqqət və qayğıya görə, «Azərenerji» ASC-nin prezidenti Baba Rzayevə öz minnətdarlıqlarını bildiriblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.


O, bildirib ki, “Azərbaycan” İES-də çalışan müharibə veteranları qarşıdan gələn Milli Ordumuzun yaranması günü ilə əlaqədar olaraq, hər birinə 100 manat mükafat ayrılıb. «Azərenerji» ASC-nin bu örnək addımını alqışlayır və cənab Baba Rzayev başda olmaqla, rəhbərliyə müharibə veteranları adından öz minnətdarlığımızı bildiririk. “Azərbaycan” İES və «Azərenerji» ASC həmişə bizimlədir.


E. Səlim

Bu xəbəri paylaşın: