Maska koronavirusdan nə qədər qoruyur? — ÜST-ün daha bir ziddiyyətli açıqlaması

ÜST 31 mart 2020-ci ildə BBC-yə verdiyi açıqlamanı ixtisarla xatırladırıq.

Açıqlamada deyilir: «Tibbi maskalar koronavirusdan QORUMUR. Virusun hissəcikləri o qədər kiçikdir ki, məsamələrdən asanlıqla keçə bilir.

— Virusun ölçüsünü təsəvvür edə bilməniz üçün: bir iynənin ucunda 100 milyonu yerləşə bilir.

— Yoluxmuş şəxslərin öskürəyindən ətrafa çox kiçik tüpürcək damcıları sıçrayır və bu damcıların hər birində milyardlarla(!) virus hissəciyi ola bilər.

— Maskanı yoluxmuş şəxslərin taxması səmərə verir — 100%-lik qoruma təmin olunmasa da, ətrafdıkalır üçün riski bir qədər azaldır. (31 Mart 2020)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska ilə bağlı tövsiyələrinə dəyişiklik edib.

— Yeni tövsiyələrdə deyilir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəsin taxması tövsiyə edilir.

-Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir.

-Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir.

-Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.

Dünyanın bir çox ölkələrində maska taxmaq məcburidir və bu qaydanı pozanlar cərimə və ya həbs olunur. Azərbaycanda da maskadan istifadə etməməyə görə cərimələr qüvvədədir.

Qapalı yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Bu xəbəri paylaşın: