Azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib.
Jurnalistin ölümü haqda “Azadlıq qəzeti”nin Facebook səhifəsində yazılıb.
Qeyd edək ki, Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) 1947-ci ildə Göyçay rayonunda doğulub.
O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb.
1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayır.
Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.
Allah rəhmət eləsin!