Paşinyanın arvadı Şuşada və Kəlbəcərdə model kimi reklama çəkildi…- FOTOLAR

İşğalçı Ermənistanın Baş nazirinin arvadı Nikol Paşinyanın arvadı Anna Akopyan öz təşəbbüsü ilə təşkil edilmiş reklam kampaniyasında foto-model kimi çəkilib.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Ermənistanın görməli yerlərini, mədəniyyət abidələrini və s. təbliğ etmək məqsədi daşıyan reklamın ilk çəkilişləri Azərbaycanın işğal altındakı torpaqlarında təşkil edilib. Yəni Qarabağ əraziləri də Ermənistan kimi təqdim edilib.

İşğalçı ölkə Baş nazirinin arvadı Şuşa (Çətirli şəlalə), Kəlbəcər (İstisu), Ağdam(Pənah xanın qalası) və s. bölgələrimizin 6 məkanında reklama çəkilib.

Sultan Laçın

Bu xəbəri paylaşın: