ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMRÜ: İLHAM MƏMMƏDZADƏ —
58

Hər kəs həyatda ömür paynı yaşayır.Xoşbəxt o,insandır ki,adı, ünvanı el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki,el sevgisi qazanır,xalqın,işlədiyi (xidmət etdiyi)  kollektivin istəklisinə çevrilir,hamı böyüklü- kKiçikli onun  xətir hörmətni saxlayır.Həmin insanların ömürlərindən çoxlarının ömürünə işiq düşür.Birdə ki,ömur o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır.Həmin ömur insanlıqda xidmətə yönəldilir,bəşəriyyətə,ailəyə,cəmiyyətə xidmət edir.     

Belə ömür yaşayan insanlardan biridə, alicənablığı,yüksək peşəkarlığı, humanistliyi,  dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,   vətənpərvərliyi,  idarəçilik qabiliyyəti,təvazökarlığı,işgüzarlığı və mənəvi keyfiyyətilə  ilə seçilən,  ömrünün ən  məhsuldar dövrünün 15- ildən cox   şərəfli xidmət yolunu Daxili işlər orqanlarda və Daxili Qoşunlarda  kecirmiş hərbi xidmətdə kecirmiş,   2- ci qurup müharibə əlilli   istefada olan  Mayor  Məmmadzadə İlham Faiq

 Oğlunun dekabr  ayının  1 – də 58 yaşı tamam olub.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ cıxan  istefada olan    mayor  Məmmədzadə İlham Faiq oğlunun dekabr ayının 1- də anadan olması  günü münasibətilə  «Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyinin (Avmvib) rəhbərliyi səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik ki,  İlham Məmmədzadənin  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən illərdən  daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     Zəngin iş təcrübəsi və peşəkarlığı ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri  həmişə ləyaqətlə yerinə yetirmiş  2 ci qurup müharibə əlilli  İlham Məmmədzadə Faiq oğlu 1964-ci ilin  dekabr  ayının   1-də  Bakı şəhərində  zəhmətkeş ailədə  anadan olub.

 Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq yaradan hörmətli müharibə veteranmız, istefada olan Mayor ilham  Məmmədzadə 1982 ci ildə Bakı şəhəirndə  orta məktəbi, 1987 -ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov Yanğın Texniki Ali Məktəbi bitirib.O, Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarında, müvafiq kurslarda,  xüsusi -taktiki təlimlərdə, komanda -qərargah məşqlərdə, seminar və konfranslarda fəal iştirak edib.

İşgüzar,çalışqan, işinə qətiyyətli,  mübariz keyfiyyətli  İlham Məmmədzadə 1987-1997 -ci illərdə  Daxili İşlər Nazirliyinin A.Heydərov Adına Siravi Və Kicik Rəis Heyəti Hazırlayan Məktəbdə baş müəllim,  Din-in Daxili Qoşunların  Baş İdarəsinin hərbi hissələrində tabor komandiri, hərbi hissə komandirinin müavini- Qərargah rəisi, Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində isə  baş zabit    vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

    İlham Məmmədzadə Daxili Qoşunlardan  Sillahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Özəl müəssələrdə  calışıb. O,Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək,üzərinə düşən vəzifə və tapşırıqları layıqınca yerinə yetirərək yaralanmışdır.

  İctimai işlərdə fədakarlıq göstərən,dostlarna, yaxınlarına, qonşularına və həmkarlarına isti  münasibətdə olan İlham Məmmədzadə,  Din-in  Daxil Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, “Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin”  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox  Daxili Qoşunların  hərbi qulluqçularına   şəxsi  nümunə olmuşdur.

Yorulmaz,xeyirxah İnsan, bu gün əsl vətəndaş mövqeyi ilə secilən Mayor Məmmədzadə İlham Faiq oğlu  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində,  özünü    qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir.  O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi mühitdə,  dost — tanış, qohum- əqrəba,qonşu, döyüşcu yoldaşları   arasında özünə layiq hörmət qazanmışdır

O,Qanunvericilik ilə  DİN- Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,Azərbaycan respublikasında ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində,   şəhərdə və yaşayış məntəqələrində ( cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,  fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrin nəticələrinin aradan qaldırılmasında,  cinaətkarlığa qarşı mübarizədə, Dövlətin ərazi bütövlüyün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən   layiqincə gəlmişdir.

    Daxili və  Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında,  hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRI  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin və onun müavinlərini,   Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Xarkov  yanğından mühafizə məktəb rəisinin,Daxill Qoşunların Baş İsarəsinin Döyuş Hazırlığı rəisinin  və xidmət etdiyi hərbi hissənin  komandirinin  müvafiq əmrləri ilə  bir sıra medalarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif edilib,  fəxri fərmanla, qiymətli hədiyyələrlə,   mükafatlandırlıb və ona  təşəkkür elan olunub. 

DOĞUM  GÜNÜZ    MÜBARƏK OLSUN  İLHAM.

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi işlər üzrə müavini  polkovnik Salman Musayev


Bu xəbəri paylaşın: