Bu məktubu şagirdlərin valideynlərinə Sinqapurda bir məktəb direktoru yazıb.
«Əziz valideynlər!
Tezliklə uşaqlarınızın imtahanları başlayacaq. Bilirəm ki, hamınız onların imtahandan yaxşı qiymət alması üçün çox narahatsınız.
Ancaq unutmayın: bu imtahanda şagirdlər arasında riyaziyyatı başa düşməyə ehtiyacı olmayan bir rəssam olacaq. Elə bir sahibkar olacaq ki, onun üçün tarix və ya ingilis ədəbiyyatı o qədər də önəmli deyil. Kimyaya ehtiyacı olmayan musiqiçi olacaq. Və ya yaxud bədən tərbiyəsinin fizikadan daha vacib olduğu idmançı.
Uşağınızın yaxşı qiymətlər alması əladır. Amma lütfən, bu baş verməsə, onların özünə inamını və ləyaqətini oğurlamayın.
Onlara deyin ki, bu normal olan sadəcə bir imtahandır. Onlar həyatda daha əhəmiyyətli şeylər üçün yaradılmışdır. Onlara deyin ki, qiymətləri nə olursa olsun, siz onları sevirsiniz və onları mühakimə etməyəcəksiniz.
Zəhmət olmasa bunu edin və sonra onların dünyanı necə fəth etmələrinə baxın. Bir imtahan və ya pis qiymət onların arzularını və istedadını əlindən almayacaq.
Xahiş edirəm həkim və mühəndislərin planetdəki yeganə xoşbəxt insanlar olduğunu düşünməyin.
Ən xoş arzularla: məktəbin direktoru»…