AVMVİB 20 Yanvar Ümumxalq Hüzn Gününü Şəhidlər Xiyabanında andı -FOTOLAR

Hər il olduğu kimi bu il də 20 Yanvar Ümumxalq Hüzn Gününü müharibə veteranları Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət etməklə andılar.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə  AVMVİB –nin  üzvləri 1990-cı il 20 yanvar hadisələrinin 33-cü ildönümündə Şəhidlər Xiyabanını ziyarət etdilər, onların məzarları önünə qərənfillər düzdülər, ruhları qarşısında baş əydilər.

AVMVİB sədri F. Rzaquliyev qeyd etdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 20 Yanvar Zəfər yolumuzun başlandığı bir nöqtədir. Biz düşmənin və Sovet imperiyası adlanan mənfur bir imperiyanın ölkəmizə bu təcavüzünü heç zaman unutmamalıyıq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: