İşğal altında olan cənnət — XOCAVƏND

26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək  Martuni  və  Hadrut  rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir.

Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir.

Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

2 oktyabr- Xocavəndin işğal günü... - Azpetrol Ltd. MMC | Facebook
Xocavəndin işğalından 27 il keçir
Xocavənd rayonunun əsir abidələri
Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal ...
Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal ...
Xocavənd rayonunun Qaradağlı kəndinin işğalından 27 il ötür
Qaradağlı faciəsindən 28 il ötür
Xocavənd rayonunun işğalından 25 il keçir…
Xocavəndin işğalından 23 il ötür - FOTO-VİDEO
Bu xəbəri paylaşın: