Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Neftçala rayon şöbəsi, Ə.Cəfərov adına Bankə 1 saylı tam orta məktəbdə, Gənclər günü ilə əlaqədəar olaraq tədbir keçirtdi. Tədbirdə, Neftçala rayon Bənkə qəsəbəsinin İƏD üzrə nümayəndəsi Nağıyev Tarel Tarix oğlu, UNDP nin Neftçala rayon üzrə hüquqşunası Hüseynov Elvin Hilal oğlu, AVMVİB-nin qaziləri, Şəhid ailələri və məktəbin müəllim və şagird heyyəti iştirak etdilkər.

Tədbir Azərbaycan dövlət himni ilə başlandı və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad olundu.
Tədbirin açılışında AVMVİB-nin Neftçala şöbəsinin təşkilati məsələlər üzrə müavini Hüseynov Mübariz Eldar oğlu Gənclər günün yaranması haqqında:
2 fevral Azərbaycanda “Gənclər Günü” –dür 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın Cənab İlham Əliyevin qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır. AVMVİB-nin Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Seyyid Mübariz Ağa tədbir iştirakcılarını Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədiri Hörmətli Fizuli Rzaquliyev və 88 min üzvünün adından təbrik elədi.

1 saylı Bankə məktəbinin direktoru Hüseynova Gülnar — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Seyyid Mübariz Ağa 2 Fevral Azərbaycanda “Gənclər Günü” tədbirinin kecirilməsi ilə bağlı məktəbimizə müraciyət etdi. Özünü və təşkilatı tanıdığımız üçün bu tədbirin bizim məktəbdə kecirilməsinə razılıq verildi.
Belə ki 17 yanvar 2023 çü il tarixində Neftçalada yaşayan 11 az təminatlı Şəhid ailələri və Veteranlar üçün yardım paketi paylayaraq Vətənimiz uğrunda sinələrini sipər edənlərə dəstə olmuşlar.
AVMVİB nin Neftçala rayon şöbəsinin sədri Mustafayev Şakir Qüdrət oğlu tədbirdə çıxış edərək bildirdi:
“Mən öz növbəmdə gənclər günü münasibəti ilə gəncləri, şəhid ailələrini və qazıləri təbrik edirəm. Bilirsiniz ki,Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust — Beynəlxalq Gənclər Günü elan edilib.”

Təbrik üçün söz, Neftcala rayon Bankə qəsəbə İƏD üzrə nümayəndəsi Nağıyev Tarel Tarix oğluna verildi: Tədbir iştirakcılarını 2 fevral “Gənclə Günü” münasibəti ilə təbrik etdi AVMVİB Neftcala rayon şöbəsinin idarə heyyəti ilə yaxından əməkdaşlıq etdiyini və gələcəkdə birlikdə Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edəilmə əlində gələn köməkliklərin olunacağını söylədi.

Tədbirdə UNDP nin Neftçala rayon üzrə hüquqşunası Hüseynov Elvin Hilal oğluda iştirak edirdi. Elvin Hüseynov tədbir iştirakcılarını 2 fevral “Gənclə Günü” münasibəti ilə təbrik edərək tədbir iştirakcılarını şəhid alələri və veteranları hüquqi müstəvidə marifləndirərək onların hər hası problemləri olduqda müraciyyət etmələrini xahiş elədi. Elvin Hüseynov tədbir iştirakcılarına bildirdi ki, artıq cari ilin əvvəlindən AVMVİB Neftcala rayon şöbəsinin müraciyyəti əsasında bir necə veteranların hüquq məsələri həl etməyə başlanmışdır.

Tədbirdə Bankə 1 saylı orta məktəbin adını daşıyan Əbülfəz Cəfərovun qardaşı AVMVİB – nin Neftçala söbəsinin üzvü 44 günlük savaşın qəhramanı Veteran Cəfərov Xəyal Rəşad oğlu cıxış edərək bu çür diqqət və qayğıya görə Başda Müzzəfər alı baş komandan Cənab İlham Əliyevə, AVMVİB sədri Fizuli Razaquliyevə və AVMVİB Neftçala söbəsinin idarə heyətinə təşəkürünü bildirdi

Tədbirdə Şəhid Ə. Cəfərov adına məktəbin şagirdləri “Qəhramanlıq, Vətən və Şəkidlər” barəsində şerlər söylədilər.
Tədbirdə AVMVİB tərərəfindən fəxrifərmanlar və təşəkkürnamələr təqdim olundu.
- Əkbərova Gülnaz Böyükağa (Şəhid Əbülfəz Böyükağa oğlu Cəfərov ) bacısı TƏŞƏKKÜRNAMƏ
- Kəlbiyeva Dilşad Ələstun (Şəhid Kəlbiyev Telman Yadigar) ana TƏŞƏKKÜRNAMƏ
- Əliyeva Narıngül Səmid qızına (Şəhid Əliyev Rövşən Ağasən oğlunun anası) TƏŞƏKKÜRNAMƏ
- Əhmədov Mirdamət Yadigar (Şəhid Əhmədov mirmösüm Mirdamət) ata TƏŞƏKKÜRNAMƏ
- Məmmədova Mədinə Həsən ( Şəhid Məmədov Natiq İltifat) ana TƏŞƏKKÜRNAMƏ
- Mikayılov Etibar Mirməmməd (Şəhid Mikayılov Mirismayıl Mirməmməd) qardaş TƏŞƏKKÜRNAMƏ
- Nəsirova Aygün Sadiq ( Şəhid Nəsirov Aydın Sadıq) Bacısı TƏŞƏKKÜRNAMƏ
- Zeynalov Sürayə ( Şəhid Zeynalov məhəməd Bəxtiyar) ana TƏŞƏKKÜRNAMƏ
- Cəfərov Xəyal Rəşad ( Veteran əmisi və dayısı şəhid Ə.Cəfərovun qardaşı oğlu ) TƏŞƏKKÜRNAMƏ
- Hüseynova Gülnarə Fadil ( Məktəbin müəllimi, AVMVİB Neftçala üzrə mətbuat katibi. ) TƏŞƏKKÜRNAMƏ
- Mənafov Rahim Məmmədəli (Məktəbin psixoloqu) TƏŞƏKKÜRNAMƏ (gənclərlə psixaloji işlərin düzgün aparılması və AVMVİB göstərdiyi köməkliyə görə)
- Hüseynova Gülnar Səfərağa (Məktəb direktoru və şəhid ailəsi) – Fəxri Fərman
- Hüseynov Elvin Hilal (Hüquqşunas) – Fəxri Fərman
- Ağayev Paşa Əlican oğlu (Hərbi müəllimi) – Fəxri Fərma



- Tədbirdən sonra məktəbin Şəidlərə həsr olunmuş Şərəf vlövhəsinin önünə və və Bankə
qəsəbəsində yerləşən şəhidlərin abidələri ziyarət olundu, şəhid ailələri ilə birgə əkil qoyuldu
Sonda isə Gənclər gününə həsr olunmuş, AVMVİB tərəfindən hazırlanmış Volebol yarışı keçirildi. Volebol yarışına komandanlıq etdiyi üçün, Bağırov Murad Səfadər oğluna, və yarışda iştirak etdikləri üçün voleybolçulara təşəkkür edildi.



AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Seyyid Mübariz Ağa
