Gürcüstan KİV-ləri Ermənistan müharibəyə hazırlaşdığı barədə yazıb

Ermənistanın gizlin şəkildə müharibəyə hazırlaşdığı aydınlaşıb.

Hit.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Rusiya Ermənistana növbəti dəfə külli miqdarda silah-sursat göndərib. 

Belə ki, hərbi mənbələr son günlər Rusiyanın mülki hava xəttlərindən istifadə edərək Ermənistana böyük həcmdə müasir silahlar, həmçinin “Qrad” reaktiv-yaylım atəşi sistemləri çatdırdığını bildirir.

Mənbə son texnologiya silahların Ermənistana İran hava məkanından istifadə edərək gizlin çatdırıldığını bildirib./Hit.az/

Bu xəbəri paylaşın: