Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş verən yanğına görə FHN əməkdaşları yaxınlıqdakı binalardan insanları təxliyə edib.
Yanğınsöndürmə briqadaları bir neçə yüz metrlikdə yerləşən hündürmərtəbəli binaların yüzlərlə tonluq su anbarlarını birbaşa yanğına yönəldiblər. Hadisə ilə yerində tanış olmaq üçün Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də yanğın baş verən ərazidədir.
Əraziyə yaxın küçə və prospektlər də bağlanıb.
Bu xəbəri paylaşın:
