Silahlı qüvvələr hər bir ölkənin birinci dərəcəli dayağıdır. Silahlı qüvvələr daim ayıq, texniki vasitələr müasir, hərbçi kontingent peşəkar, Ali Baş Komandan möhkəmdirsə, ölkə asayiş içindədir demək.
Azərbaycan sərhədlərində, ordunun müxtəlif növlərində əsgərlərimiz keşikdədir. Arxada isə hərb keçmiş, ehtiyatda olan qazilərimiz və müharibə iştirakçısı olmuş insanlarımızın böyük əksəriyyəti müxtəlif təşkilatlarda birləşərək arxa cəbhənin möhkəmliyi keşiyindədir.

Belə təşkilatlardan biri Azad Musayevin rəhbərlik etdiyi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsidir. Təşkilat əsasən Vətən Müharibəsi Veteranlarının təşkilatı olsa da, müharibədən zərər çəkmiş hər kəsin, şəhid ailəsinin, müharibə əlilinin, müharibə veteranının problemləri ilə maraqlanıb, onların hər birinin qayğısına qalmağa çalışır.
Təşkilatın fəalları heç bir göstəriş gözləmədən təşəbbüs göstərir və icrası üçün daxili imkanları səfərbər edir. Azad Musayev də, Zakif Abbasov da Ənvər Qarayevv də yorulmadan işğal altında qalan Vətənin bir parçasının, eləcə də qazilərimizin və problemlərinin həllində onlara dövlət qayğısının həyata keçirilməsində əllərindən gələni edirlər.

Silahlı Qüvvələr günü ərəfəsində qərara aldılar ki, bu bayram hər bir hərbi mükəlləfiyyat keçmiş kişinin bayramıdır. Həqiqətən də Silahlı Qüvvələr günü eyni zamanda kişilərin bayramıdır. Keçmişdə 23 fevralı kişilər bayramı kimi qeyd edirdilər. Axı bizim eytiyatda olan və müharibə alovlarından keçmiş bir çox kişilərimiz arxa cəbhədə hələ də vuruşmaqda davam edir. Nə qədər ki, bu günü kişilərin ümumi bayramı kimi keçirmirik, heç olmasa onların arasında müharibə iştirakçılarının bayramı kimi qeyd edək.

Təşkilatın üzvü Ə. Qarayev öz müsahibəsində bildirdi: «Biz birlikdə güclüyük. Silahlı Qüvvələr günü ərəfəsində təşkilatın cmişari iş planına keçmiş cəbhəçiləri yad etmək, onları Silahlı Qüvvələrin ehtiyatda olan qüvvəsi kimi təqdir etmək təklifi daxil edilmişdi. Amma, iş planının çoxluğunu nəzərə alaraq iş bölgüsü apardıq və bu işi öz üzərimə götürdüm. Səfərbərlik, Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsi qarşısında məsələ qaldırdıq ki, İdarə Silahlı Qüvvələr günündə ehtiyat qüvvələrini unutmamalıdır. Onlar da sağ olsunlar, fərqlənənlərin əksəriyyətinə Bayram kartoçkası üzərində təbrik təqdim etmişlər. Biz hamımız bununla çox böyük qürur duyduq. Bu, vacib bir stmul idi. O döyüşçülər heç vaxt unudulmadıqlarını bilməldirlər. Bu qəbildən olan işlər bizim üzərimizə düşür. Zəngilan İdarəsinin rəisi mayor Adil Hüseynov bu təşəbbüsün icrasında təşkilatı dəstəklədi və gözəl bir tədbir keçirildi.
Biz Silahlı Qüvvələrin yaranmasının 100 illik bayram təntənələri ərəfəsində də onları fəxri döş nişanları, xatirə medalları ilə təltif etmişdik. Bu özü də yaddaşlarda qaldı və keçmiş cəbhəçilərin böyük sevincinə səbəb olmuşdu».

Həqiqətən də AVMVİB-nin Zəngilan şöbəsinin şəxsən mənə göstərdiyi diqqət və qayğıya görə təşkilatın sədri Azad Musayevə, müavinləri Zakif Abbasova və Ənvər Qarayevə minnətdarlığımı bildirirəm. bir zəngilanlı ziyalı, islamşünas və qazi olmağıma görə hər dövlət tədbirində və xüsusi günlərdə məni yad edib dövlət səviyyəsində diqqət ayrılması üçün əllərindən gələni etmişlər. Xüsusilə, sədr Azad Musayev mənim həm qazi, həm bir ziyalı kimi fəaliyyətimin önə çəkilməsində və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində bunları örnək göstərmək üçün hər şeyi səfərbər edib. İnternetdə və digər sosial şəbəkələrdə bu səpgidə materialların paylaşmasına diqqət ayırıb. Təşkilat üzvlərinin sosial problemləri ilə yaxından məşğul olub onların mənəvi və maddi cəhətdən stimul almasının qayğısına qalıb.

Mən təşkilatın iş planı ilə tanış olduqda onların nə qədər mobil və mütəşəkkil işlədiyinin, xüsusi günlərin qeyd edilməsində son dərəcə diqqətli olmalarının şahidi oldum. təşkilatda iş günün tələbi səviyyəsində təşkil olunub və həyata keçiririlir.
Onlara təşkilatın üzvləri, həmçinin zəngilanlılar adından, şəxsən öz adımdan səmimi minnətdarlıq hisslərimi bildirirəm.
Sağ olun, uşaqlar. Sükanı belə saxlayın! Sizə uğurlar!
Hacı Həsən Hüseyni
I dərəcəli Qarabağ Müharibəsi əlili, islamşünas, yazıçı-publisist

