1 iyunun Uşaqları Beynəlxalq Müdafiə günü kimi qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb
Fedai.az xəbər verir ki, həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. 1954-cü ildə BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən bu günün 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunub.
Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da keçirilir.
Uşaqlarla bağlı bəyannamədə yazılır: «Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şəkildə təmin etsin».
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci ildə sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il Uşaq ili elan olunub.
Qeyd edək ki, Uşaqları Beynəlxalq Müdafiə günü ilə yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar günü də qeyd edilir.