Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovun 55 yaşı tamam olur.
Vahid Abdurəhmanov qəlbi Vətən torpaqlarının azadlığı üçün döyünən veteranlarımızdandı. 44 günlük Vətən müharibəsi gülərində Birliyin və rayon şöbələrinin cəbhəylə kordinasiya edilməsi üçün gecəli-gündüzlü çalışdı.
Vahid Abdurəhmanovun cəbhə sonrası həyatı əsasən AVMVİB — nin fəaliyyətiylə bağlı olub. İstər fərdi, istərsə də təşkilat daxili problemlərin həllində daim öndə olub.
AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, həm də birliyin inkişafında xidmətləri olan veteranlarımızdandır. Bir çox hərbi-vətənpərvərlik layihəsinin həyata keçirilməsinə rəhbərlik edib. Yorulmadan AVMVİB-nin perespektiv inkişafı uğrunda çalışmaqdadır.
Jurnalistlərin dostu
Təşkilatın mətbu orqanlarının yaranmasında maddi və mənəvi dəstək olmaqla yanaşı, həm də Vahid Abdurəhmanov ən fəal oxucumuzdur. Saytın materiallarını ilk oxuyan oxucumuz da, məhz Hacı Vahid olduğunu dəfələrlə yazmışıq. Daim jurnalistlərlə əlaqəli fəaliyyətə üstünlük verdiyini də hər kəs bilir.
Doğum günü münasibətiylə AVMVİB Rəhbərliyi, Veteran.az və Fedai.az kollektivi Vahid Abdurəhmanovu təbrik edir, uzun ömür can sağlığı arzulayır.
Zaman sənə yaza biləcəyi qədər uzun ömür, verə biləcəyi qədər ruzi-bərəkət arzulayırıq…
100 yaşayın, Vahid bəy!