Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev son günlər erməni quldurlarının aktivləşməsi və erməni silahlılarının Azərbaycan Respublikasının ərazisində ordumuzun mövqelərini dəfələrlə atəşə tutmaları ilə bağlı «Fədai» qəzetinə müsahibə vermişdir. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Füzuli müəllim, son hadisələr ermənilərin revanşizmə hazırlaşdıqlarından xəbər verir. Səbəbləri barədə fikirlərinizi bilmək maraqlıdır
- Hazırda gerçəklik budur ki, erməni siyasi hakimiyyəti sülh istəmir, revanşizmdən yapışıb və müharibəyə hazırlaşır. Bunu rus şərməramlıların Qarabağa daşıdığı növbənöv silahların daşınması sübut edir. Ermənistanın bu niyyətinə də əsasən Fransa və İrandan dəstək verilir. Bu onu göstərir ki, şərməramlılar təyinatı üzrə öz missiyaları ilə məşğul olmayıblar, onalrın işləri erməni terrorçularını və qanunusuz silahlı dəstələri silahla, texniki vasitələrlə təmin etməkdən ibarət olub. Səbəb erməniməramlıların hərbi və logistik dəstəyidir.
- Çıxış yolunu nədə görürüsünüz? Axı hadisələrin bu yöndə inkişafı çox davam edə bilməz
- Xankəndi-Laçın yolunda nəzarət-buraxılış məntəqəsində mülki geyimdə sərhəddi keçmək istəyən erməni hərbçisinin müəyyən olunması ermənilərin ikiüzlülüyündən və həyasızlığından xəbər verir ki, onların bu sifətləri də bizə çoxdan məlumdur. Birmənalı şəkildə demək istəyirəm ki, erməni quldurlarının təmizlənməsi üçün ordumuz antiterror əməliyyatı keçirib ərazini təmizləməlidir ki, sülh və əmin-amanlıq bərpa edilsin.
- Son günlər Qarabağda mövqelərimizin atəşə tutulmasını necə səciyyələndirirsiniz? Çıxış yolunu nədə görürsünüz?
- Bu gün rus erməniməramlılarının separatçıların silahlanmasına dəstək olduğunu və bu silahlarla bizim mövqelərimizi atəşə tutmaları artıq mütəmadi xarakter alımışdır. Məsəl var, deyərlər donuzu darıdan zopa ilə çıxararlar. Çıxış yolu Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətidir. O müdrik insan olduğu üçün humanizm prinsiplərini rəhbər tutur. Lakin səbrin və təmkinin də bir həddi vardır, dövlətin qırmızı xətti mövcuddur bu xətt keçilərsə, artıq antiterror əməliyyatları labüd olacaq.
- Füzuli müəllim, müsahibə üçün sizə təşəkkür edirik.
AVMVİB Mətbuat xidməti