Millət vəkili Elşən Musayev Milli Məclisdə I qrup əlil, müharibə veteranı, Qarabağın «Tutusu»nun (Cumayeva Rüxsarə Bayraməli qızı) sosial durumunun çətin olmasından söz açıb.
Milli Məclisin üzvü bildirib ki, Qarabağın «Tutusu» 5 metr kvadrat metrdən böyük olmayan otaqda yaşayır. Elşən Musayev aidiyatı qurumlardan Qarabağın «Tutusu»na kömək etmələrini xahiş edib.
Qeyd edək ki, I qrup əlil, müharibə veteranı, Qarabağın «Tutusu» (Cumayeva Rüxsarə Bayraməli qızı) Birinci Qarabağ savaşında yaralı əsgərlərimizə diqqət və qayğı göstərmiş, sağalmalarına ilkin tibbi yardımlarla xidmət etmişdir.